xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:55 – Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR 
  • 12:16 – AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 

Xəzəri çirkləndirən obyektlərin adları açıqlandı – “Palma”, “Atlant” və “Liverin”…

29-08-2019, 13:30 75 dəfə baxılıb

Xəzəri çirkləndirən obyektlərin adları açıqlandı – “Palma”, “Atlant” və “Liverin”…

“Xəzər dənizinin Azərbaycan sektorunda şimaldan cənubadək 955 kilometr məsafədə olan sahil zolağı boyunca apardığımız son monitorinqlərin nəticəsinə görə, dənizin şimal sahilində fəaliyyət göstərən “Təhsil”, “Elfaro”, “Oberluks”, “Palma”, “Atlant” və “Liverin”, Şıx çimərliyi ərazisində isə “Dostluq”, “Ramada” istirahət mərkəzləri təmizləyici qurğulardan istifadə etmirlər”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov deyib. O bildirib ki, Sumqayıt, Novxanı, Buzovna, Şüvəlan, Türkan, Hövsan, Sahil, Lənkəran və Astara ərazilərində fəaliyyət göstərən bütün ictimai-iaşə obyektləri də tullantı sularını birbaşa olmasa da dolayı yolla Xəzərə axıtmaqda davam edir.

İdarə rəisi qeyd edib ki, dənizə bu cür etinasız münasibət davam edərsə, sağlamlığımız təhlükə altında qala bilər: “Onları primitiv, köhnə üsullardan uzaqlaşıb müasir texnologiyalardan istifadə etməklə fəaliyyət göstərməyə səsləyirik. Biz həm də bələdiyyələrə, yerli icra orqanlarına çağırış edirik ki, onlar da bu işdə fəal olsunlar, ətraf mühitə münasibətdə sağlam mövqe tutmağa yönələn fəaliyyətə dəstək versinlər. Çalışmalıyıq ki, Xəzər dənizinin ekosistemini qoruyaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi