xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 11:07 – İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO 
  • 09:44 – İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar 
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 

Azərbaycanda yeni quş növü aşkarlandı

7-01-2021, 09:59 59 dəfə baxılıb

Azərbaycanda yeni quş növü aşkarlandı


AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşı ornitoloq Hüseyn Rəsulzadə Araz Su Anbarının aşağı hissəsinin sol sahil düzənliyində, Araz Su Elektrik Stansiyasına yaxın ərazidə müasir, yüksək optiki imkanlara malik avadanlıqların tətbiqi ilə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının faunasında yeni quş növünü – üçbarmaq qağayını (latınca adı “Rissa tridactyla”-red) aşkar edib.

Bu barədə "Ölkə.Az” AMEA-nın Naxçıvan Bölməsinin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edilir ki, üçbarmaq qağayı cüllütkimilər dəstəsinin qağayılar fəsiləsinə mənsubdur. Azərbaycan faunasının yeni sakini – qağayının həyatı açıq su hövzələri ilə bağlıdır, Holarktika zoocoğrafi vilayətində geniş yayılmış quşdur.

O, ortaboylu quş olub digər qağayı növlərindən qara pəncələri və uçuş lələklərinin qara uclarında ağ ləkələrin yoxluğu ilə fərqlənir. Pəncələrdə arxa barmağın yoxluğu əsas təyinedici əlamətdir, onun yerində kiçik qabarıq görünür. Boynunda halqa şəklində qara zolaq var. Bədənin rəngi quşun fərdi inkişafı ilə əlaqədar olaraq dəyişilir. Quyruğun sonundakı qara zolaq mərkəzdən kənarlara doğru ensizləşir və quyruqda çökək görünüş təəssüratı yaradır.

Quşun qidasını başlıca olaraq kiçik balıqlar, xərçənglər və molyusklar təşkil edir, onları suya cumaraq əldə edirlər. Sahilə atılmış balıq torlarına ilişmiş heyvanat qalığından da həvəslə faydalanırlar.

Naxçıvan Muxtar Respublikası şəraitində üçbarmaq qağayının həyat tərzinin bioloji və ekoloji xüsusiyyətlərinin izlənilməsi nəzərdə tutulub.

Azərbaycanda yeni quş növü aşkarlandı

Üçbarmaq qağayı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi