Natiq Mehdiyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!
23-12-2020, 12:37
425 dəfə baxılıb
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, 4 saylı Yol İstismar İdarəsinin rəisi Natiq Mehdiyevdir.
4 saylı Yol İstismar İdarəsinin rəisi Natiq Mehdiyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Natiq Mehdiyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Natiq Mehdiyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Natiq Mehdiyevdən danışdılar yaxşı ki, Natiq Mehdiyev 4 saylı Yol İstismar İdarəsinin rəisidir… Natiq Mehdiyev öz isguzarlığı ilə tanınır və seçilir….
Natiq Mehdiyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə Natiq Mehdiyevi heç vaxt əqidəsindən döndərə bilməz.
Natiq Mehdiyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Natiq Mehdiyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Natiq Mehdiyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən Natiq Mehdiyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Natiq Mehdiyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Natiq Mehdiyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun 4 saylı Yol İstismar İdarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Natiq Mehdiyev özünü doğruldub. Bizdə hörmətli Natiq Mehdiyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
4 saylı Yol İstismar İdarəsinin rəisi Natiq Mehdiyev - Müstəqil Azərbaycan Respublikasının vətəndaşı xoşbəxtdir ki, Azərbaycan kimi çiçəklənən ölkədə yaşayır. Onun uzaqgörən və müdrik siyasi lideri vardır. Ölkə başçımız Ulu Öndərin siyasi xəttini davam edərək, Azərbaycan üçün yeni üfüqlər açdı.
Azərbaycan dünya hərb tarixində yeni başlıqla yeni bir dastan yazdı. 2020-ci ilin sonu dünya hərbi tarixində yeni müharibə aparmaq üsulunu məhz Azərbaycan əsgəri yazdı. Məhz Azərbaycan Ali Baş Komandanın rəhbərliyi ilə dünya tarixində ilk dəfə pilotsuz uçuş aparatları ilə müharibə edildi. Bu bir şanlı Azərbaycan Tarixi səhifəsidir.
Azərbaycan əsgəri Dədə Qorqud nəsiyətləri ilə böyüyüb başa çatmışdır. Dədə Qorqud öz nəsihətində Azərə torpağın yurd, vətən olması üçün şərtlərini sadalayır, bu torpağı əkib becərməyi, onu yağılardan qorumağı tapşırır və bildirir ki, “o torpağı ki, qoruya bilmədin, onu əkib-becərməyə dəyməz”
Ömrünü xalq üçün Azərbaycan ölkəsinin inkişafına həsr edən, yorulmadan bunun üçün çalışan Prezident isbat etdi ki, Azərbaycan torpağında iqtisadi inkişaf həmişəki kimi əsas məsələdir və bu torpağın qorunması üçün də Ali Baş Komandan Müzəffər Ordu qurmuş və bütün dünyaya bacarıqlarını nümayiş etdirmişdir.
Təsadüfi deyil ki, Dünya Bankı belə bir qənaətə gəlmişdir ki, Azərbaycan dünyanın ən islahatçı on ölkəsindən biridir.
Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən Doing Business Hesabatında qeydə alınmış məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi tərəfindən aparılmış müstəqil araşdırmanın nəticələri elan edilmişdir. Aparılmış müstəqil araşdırmanın nəticəsində Azərbaycanın Doing Business 2020 Hesabatında mövqeyi 6 pillə yaxşılaşdırılmış, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olmuşdur.
Bu hər bir Azərbaycan vətəndaşı üçün fəxr edici məqam olduğu kimi, digər ölkələr üçün nümunədir. Bu gün Azərbaycan regionun lider ölkəsidir.
Azərbaycan bütün dünyaya “günəş kimi parladı”. Bu Ulu Öndər Heydər Əliyevin strateji kursunun istiqaməti idi və buna Ölkə Başçımız cənab İlham Əliyev nail oldu.
2020-ci il Azərbaycan üçün olduqca uğurlu il oldu.
Azərbaycan bundan sonra da çiçəklənəcək, müdrik siyasi lideri cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni zirvələri fəth edəcəkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR