xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Rayonlarda internetin dayandırılması ilə bağlı xəbərlərə nazirlikdən RƏSMİ AÇIQLAMA

16-12-2020, 14:30 64 dəfə baxılıb

Rayonlarda internetin dayandırılması ilə bağlı xəbərlərə nazirlikdən RƏSMİ AÇIQLAMA


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) adından sosial şəbəkələrdə bu gecədən ölkənin qərb rayonlarına internetin verilməsinin tam dayandırılması ilə bağlı məlumatlar yayılıb.
Bu barədə qurumun açıqlamasında bildirilir.

"Məlumat nazirliyin loqosuna oxşar, ancaq ona məxsus olmayan loqo ilə, rayonların siyahısı əlavə olunmaqla yayılıb və həqiqəti əks etdirmir", - açıqlamada qeyd olunub.

Xatırladaq ki, bu il sentyabrın 27-də Ermənistanın törətdiyi genişmiqyaslı təxribat və kiberinsidentlərin qarşısını almaq məqsədilə ölkəmizdə internetin verilməsində müvəqqəti məhdudiyyət tətbiq edilmişdi. Bu məhdudiyyət işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla noyabrın 12-də aradan götürülüb.

"Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər. Sosial media hesablarında bu kimi yalan məlumatlarla qarşılaşdıqda onların ekran görüntülərini (screenshot) paylaşaraq kütləviləşdirməsinlər. Həmçinin baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini və digər elektron sübutları saxlasınlar və bizə göndərsinlər. Hər hansı kiberinsidentlə üzləşdikdə və yaxud metodiki dəstəyə ehtiyac olduqda, www.cert.az saytı və yaxud [email protected] e-poçtu vasitəsilə nazirlik yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərlər", - qurum bəyan edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi