Nəsib Qəhrəmanov: Dünyanın yüzlərlə ölkəsinin cəmləşdiyi beynəlxalq təşkilatın 27 ildir sadəcə kağız üzərində qalan qətnaməsinin tələblərini Azərbaycan Ordusu cəmi 44 gün ərzində reallaşdırdı
25-11-2020, 13:30
273 dəfə baxılıb
“Bibiheybət” Gəmi Təmiri Zavodunun əsas fəaliyyət istiqaməti ASCO-ya və başqa təşkilatlara məxsus gəmiləri və texniki avadanlıqları təmir etməkdən və onlar üçün sifarişlər əsasında müxtəlif növ ehtiyat hissələri, xüsusi boyalar və texniki vasitələr hazırlamaqdan ibarətdir. Bununla yanaşı, zavod gəmilərdə sistem və qurğuların, elektrik və radionaviqasiya avadanlıqlarının, mühərriklərin, cihazların quraşdırılması və sazlanması, habelə gəmilərin doka qaldırılaraq sualtı hissələrin təmizlənməsi, təmiri və rənglənməsi ilə bağlı işləri yüksək keyfiyyətlə həyata keçirir.
Zavodun strukturuna Mexaniki-təmir, Gövdə-qaynaq, Enerji-mexaniki xidmət, Ağac emalı, Tərsanə, Təmizləmə-rəngləmə, Tökmə, Elektrik-quraşdırma və Boya istehsalı bölmələri daxildir.
Bibiheybət” Gəmi Təmiri Zavodunun direktoru Nəsib Qəhrəmanov - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi.
Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istəyib. Buna görə də Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə, Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq, müddəti bu günə kimi uzadıb.
Ermənilər artıq bir neçə həftədir Kəlbəcəri tərk etməyə başlayıb. Xarici kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, artıq sonuncu erməni hərbçiləri dünən Kəlbəcəri tərk ediblər.
Sosial şəbəkələrdə yayılan görüntülərə, eləcə də xarici medianın məlumatına görə, ermənilər Kəlbəcərdəki maddi-mədəni sərvətlərimizi oğurlayıb, bir qismini dağıdıb, qarət edib, apara bilmədikləri hər şeyi isə yandıraraq məhv ediblər.
Dünyanın yüzlərlə ölkəsinin cəmləşdiyi beynəlxalq təşkilatın 27 ildir sadəcə kağız üzərində qalan qətnaməsinin tələblərini Azərbaycan Ordusu cəmi 44 gün ərzində reallaşdırdı. Sentyabrın 27-də növbəti erməni təxribatının qarşısını alan Cənubi Qafqazın ən böyük ordusu ərazilərimizi bir-birinin ardınca düşmən tapdağından azad etdi. Digər çıxış yolunun olmadığını aydın şəkildə başa düşən Ermənistan hakimiyyəti işğalçı ordusunu Ağdam və Kəlbəcərdən çıxarmağa məcbur oldu.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə 16 noyabr tarixində etdikləri səfəri izləməyən Azərbaycan vətəndaşı olmadı. Nəinki Azərbaycan vətəndaşı, bir çox ölkələrin telekanalları bu səfəri geniş işıqlandırdı.
Xalqım sevə-sevə həmin səfərlərin şəkillərini paylaşdı, “Nə oldu Paşinyan yol çəkirdin bəs? Sən yol çəkən yerdə rəis love stori çəkdi” yazdılar. 2020-ci ilin payız ayları Azərbaycan xalqının mənəvi olaraq yeni dirçəlişinin, Müzəffər Ali Baş komandanın bizə yazatdığı böyük tarixi qələbənin yeni emosional inkişaf dövrü başladı. Bu gün o gündür ki, Ulu Öndər Heydər Əliyevin tarixi söylədi “Gün gələcək, Azərbaycan dünyaya gün kimi döğacaq”.
Sosial şəbəkələrdə dünyanın istənilən qitəsindən Azərbaycan xalqının haqlı səsini eşidib, “Qarabağ Azərbaycandır” videoları çəkib, internetdə paylaşırlar. Azərbaycanlı olaraq bu videoları izləmək olduqca qürurverici və ən yüksək müsbət emosional fəxr etmə hissləri yaşayır insan!
Bu gün o gündür ki, hər bir Azərbaycanlı “Fəxr edirəm ki, Azərbaycanlıyam” deyir.
Azərbaycan xalqı pandemiya dövründə COVİD 19 infeksiyası ilə ön cəbhədə vuruşduğu an, məkrli düşmən öz hiyləsindən əl çəkmədi.
Düşmən ölkənin baş naziri utanmadan Qarabağa səfər edib, sərxoş vəziyyətdə rəqs edib, Qarabağ üçün planlar açıqladı. Səfil vəziyyətdə yaşayan öz ölkəsinin xalqının inkişafı üçün plan proqramların hazırlanması əvəzinə, öz fəaliyyəti dövründə Azərbaycan xalqını qıcıqlandırmağa çalışaraq, “Qarabağ Ermənistandır və nöqtə” deməklə, bütün dünyaya bəyan etmək istədi ki, BMT-nin qətnamələrini saymıram, və işğal etdiyim torpaqlardan çıxmıram.
Üzücü idi Azərbaycan xalqı üçün bütün bunları müşahidə etmək. Səbr kasası dolsa da, 30 il uzun müddət olsa da, Azərbaycan xalqı bir yumruq olaraq, Ali Baş Komandanın əmrini gözlədi.
30 il gözləntidən sonra 44 günlük ildırım sürətli müharibə nəticəsində Qələbə sevincini yaşadıq.
Biz qalib gəldik!
16 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfər etdikləri zaman bütün dünya Qalib Prezidentə xalqın ehtiramını gördülər. Cari ilin 16 noyabr tarixində Füzuli rayonuna səfəri zamanı bölgələrdə yaşayan sakinləri salamlamaq üçün maşından düşən Prezident İlham Əliyev əhali tərəfindən xüsusi coşqu və izdihamla qarşılandı.
Bu səfər zamanı Qələbə hisslərini yaşadan Prezidentə xalq öz sevgisini nümayiş etdirdi. Qələbədən sonra bölgələrə ilk səfərini edən Prezident əslində sevinc hisslərini öz xalqıyla bölüşmüş oldu. Tarix boyu belə olub ki, xalqın dəstəyinə arxalanan Prezident xalqın məhəbbətinə layiq görülüb. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır.
Cənab İlham Əliyev hər zaman xalqın yanında olan Prezidentdir. Bütün dövrlərdə və yaşanan hadisələrdə Ölkə başçımız, Prezidentimiz cənab İlham Əliyevin seçimi xalqın yanında olmaqdan ibarət olub. Bu dəfə də ölkə başçısı bütün təhlükələrə rəğmən Füzuli və Cəbrayıl rayonlarına səfər etdi və öz qələbə sevincini xalqla bölüşdü.
Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı bu gün xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasıdır. Birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbidir.
Xöşbəxtəm ki, Azərbaycanlıyam!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR