xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:47 – Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar 
  • 09:40 – İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 

“McDonald's Azərbaycan”ın vətənpərvərlik mövqeyi dəyişməz olaraq qalır

4-11-2020, 14:11 35 dəfə baxılıb

“McDonald's Azərbaycan”ın vətənpərvərlik mövqeyi dəyişməz olaraq qalır


Son bir ay ərzində ölkədə baş verən hadisələr fonunda olduqca həyəcanlı, həssas bir dönəm yaşayırıq. Bir gözümüz işğal olunmuş torpaqların azad olunmasına gülərkən, digəri şəhidlərimiz üçün ağlayır. Bu müddətdə adi vətəndaşdan tutmuş ictimai xadimlərə, şirkətlərə qədər hamının hər addımı insanlar tərəfindən həssaslıqla qarşılanır.
Son günlər ölkədə böyük etirazla qarşılaşan şirkətlərdən biri də “McDonald’s Azərbaycan”dır.

Səbəb isə vətən müharibəsində ölkənin yanında olması ilə bağlı şirkətin paylaşımının daha sonradan silinməsidir. İnsanları daha da hiddətləndirən isə paylaşımın erməni lobbisinin təzyiqi altında silinməsi ehtimalıdır. Lakin baş verənlərə nəzər salsaq görərik ki, paylaşımın silinməsinə səbəb onun beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan nümayəndəliyinin deyil, mərkəzi ofisin rəsmi mövqeyi kimi dəyərləndirilməsidir.

“Beynəlxalq media bu postları qlobal “McDonald's” brendinin münaqişə iştirakçılarından birinin tərəfini tutması ilə bağlı rəsmi mövqeyi kimi dəyərləndirib. “McDonald's” korporasiyasının mövqeyinin hər zaman olduğu kimi bu gün də siyasi baxımdan neytral olduğunu nəzərə alaraq sözügedən postlar səhifələrdən silinib ki, heç bir çaşqınlıq yaranmasın. Sözügedən postların silinməsinə baxmayaraq, “McDonald’s Azərbaycan” səhifəsində dövlət bayrağı və ölkəmizin xəritəsinin təsviri ilə bir çox postlar mövcuddur”,-deyə şirkətin açıqlmasınada qeyd olunub.

Lakin nəzərə alaq ki, post iki həftədən çox yetəri qədər diqqət çəkib. “Washington Post”, “Риа Новости” və bir sıra digər beynəlxalq media “McDonald's Azərbaycana dəstək oldu" kimi iddialı başlıqlı məqalələr yazıblar. Bu o deməkdir ki, məqsəd yerinə yetirilib və dünya bu fakt haqqında danışmağa başlayıb.

Digər bir məqam isə şirkətin bütün 1200 əməkdaşlarının azərbaycanlı olmasıdır. Ona görə bəzən vətənpərvərlik hissimizin peşəkarlığımızı üstələməsinin qarşısını ala bilməməyimiz başadüşüləndir. Bildirək ki, hazırda “McDonald's”ın 25 əməkdaşı cəbhədə hərbi xidmətdədir.

Şirkətin əməkdaşlarından biri isə artıq şəhidlik zirvəsinə ucalıb. “McDonald's” onun ailəsinə lazımı dəstək göstərir və göstərəcək də. Şirkət öz addımları ilə hər zaman ölkə vətəndaşlarının yanında olduğunu sübut edir. 20 il ərzində “McDonald's Azərbaycan” uşaq evləri, tibbi yardım fondları, idman tədbirləri, Covid-19 pandemiyası zamanı karantində olan insanlara təmənnasız yemək təqdim etmək və digər sosial təşəbbüslərlə bağlı çoxlu sayda xeyirxah aksiyalar keçirib. Şirkət olaraq hər zaman ölkəmizi və vətəndaşlarımı dəstəkləyib. Biz də həmin paylaşımları edəndə, vətəndaş mövqeyini ortaya qoyduqları və vətənimizə dəstək olmağa çalışdıqları üçün onların yanında ola bilərik.

“McDonald's Azərbaycan” səhifəsində açıq-aşkar Azərbaycanı dəstəklədiyinə görə ermənilər “McDonald's”a boykot elan ediblər. Eyni zamanda onlar bu brendin Azərbaycanda bağlanılmasını tələb edirlər. İndi boykot etməklə biz ermənilərin məqsədlərinə çatmaqlarına şərait yaradırıq. Buna görə də, biz əksinə, brendi yerli bazarda dəstəkləməliyik.

Son olaraq qeyd edim ki, hazırda “McDonald's” Ermənistanda heç bir məkanı olmadığı halda, Azərbaycanda 17 restoranı var. Tezliklə işğaldan azad olunmuş torpaqlarda da bu şəbəkənin xidmətinin genişlənməsi ilə həm birliyimizi qoruyar, həm də düşmənlərimizə bu birliyin parçalanmaz olduğunu sübut etməklə layiqli cavab vermiş olarıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi