xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 
  • 14:46 – İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi 
  • 13:07 – Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - Video 

Kamaləddin Qafarov: “Azərbaycan-Özbəkistan əlaqələri strateji xarakter daşıyır”

23-08-2026, 10:40 2 dəfə baxılıb

Kamaləddin Qafarov: “Azərbaycan-Özbəkistan əlaqələri strateji xarakter daşıyır”

“Azərbaycan-Özbəkistan münasibətlərinin bugünkü mənzərəsi tarixi və mənəvi yaxınlığın müasir siyasi reallığa çevrilməsini əks etdirir”.

Bu fikri Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata verdiyi açıqlamasında səsləndirib.

O, qeyd edib ki, Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər bu münasibətlərin möhkəm təməlini və gələcək imkanlarını aydın şəkildə ortaya qoyur. “Azərbaycan və Özbəkistanı ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlər birləşdirir. Son illərdə həyata keçirilən ardıcıl siyasət nəticəsində qardaşlıq münasibətləri dövlətlərarası müttəfiqliyin konkret mexanizmləri ilə tamamlanıb. 2024-cü ildə Azərbaycan Prezidentinin Özbəkistana, 2025-ci ildə isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfərləri zamanı imzalanmış sənədlər, xüsusilə Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə və Müttəfiqlik münasibətləri haqqında Müqavilə əlaqələrin hüquqi-siyasi bazasını möhkəmləndirib. Ali Dövlətlərarası Şuranın fəaliyyəti də bu prosesin institusional dayağına çevrilib.”

Millət vəkili bildirib ki, ölkələrimiz arasında əlaqələr ayrı-ayrı təşəbbüslərdən ibarət deyil və uzunmüddətli strateji baxış əsasında inkişaf edən sistemli tərəfdaşlıq münasibətlərinə əsaslanır: “2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin üç dəfədən çox artması münasibətlərin real iqtisadi məzmununu nümayiş etdirir. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti, birgə sənaye layihələri, avtomobil istehsalı, energetika və nəqliyyat sahəsində əməkdaşlıq qarşılıqlı iqtisadi imkanların səfərbər edilməsinə xidmət edir. Münasibətlərin dərinliyi iqtisadi göstəricilərlə məhdudlaşmır. Füzulidə “Dostluq bağı”nın salınması, Mirzə Uluqbəy adına məktəbin fəaliyyətə başlaması, Bakıda “Özbəkistan” parkının yaradılması kimi təşəbbüslər əlaqələrin insan amili üzərində də möhkəmləndiyini göstərir. Mədəniyyət, təhsil, media və QHT sahələrində əməkdaşlıq da xalqlar arasında qarşılıqlı anlaşmanı dərinləşdirir. Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı isə ikitərəfli münasibətlərin regional əhəmiyyətini artırır. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə “C5” formatının faktiki olaraq “C6” formatına çevrilməsi mühüm hadisədir. Bu addım Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin yeni mərhələyə yüksəldiyini göstərir. Nəqliyyat və logistika sahəsində perspektivlər də diqqət çəkir. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mövqeyi onları Şərqlə Qərb arasında yeni bağlantıların yaradılmasında təbii tərəfdaşlara çevirir. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhliz və TRIPP ilə mümkün inteqrasiyası əməkdaşlığın regional əhəmiyyətini daha da artıra bilər. Prezident İlham Əliyevin müsahibəsi göstərir ki, Azərbaycan-Özbəkistan müttəfiqliyi keçmişin ortaq dəyərlərini gələcəyin konkret layihələri ilə birləşdirən münasibətlər modelidir. Bu model iki qardaş xalqın rifahı ilə yanaşı, Türk dünyasının birliyinə, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin güclənməsinə və Avrasiya məkanında sülh və tərəqqiyə xidmət edir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi