xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Milli Mətbuat Günü: Yeni Dövrün Çağırışları və Milli Medianın İnkişaf Prioritetləri

Dün, 12:29 17 dəfə baxılıb

Milli Mətbuat Günü: Yeni Dövrün Çağırışları və Milli Medianın İnkişaf Prioritetləri



Azərbaycan milli mətbuatı 151 illik zəngin inkişaf yolu keçərək bu gün ölkəmizin ictimai-siyasi həyatının, dövlətçilik ənənələrinin və milli maraqlarının qorunmasının əsas sütunlarından birinə çevrilib. Rəqəmsallaşmanın sürətləndiyi, informasiya mübarizəsinin qlobal xarakter aldığı müasir dövrdə medianın qarşısında duran vəzifələr daha da genişlənib, məsuliyyəti isə xeyli artıb.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, “Bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır.”
Bu baxış müasir Azərbaycan mediasının inkişaf istiqamətlərini və qarşıya qoyulan əsas prioritetləri aydın şəkildə müəyyənləşdirir. Artıq media təkcə xəbər istehsal edən institut deyil, həm də milli həmrəyliyi möhkəmləndirən, ictimai məsuliyyəti artıran, cəmiyyətin maariflənməsinə və dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasına xidmət edən strateji platformadır.
Müasir informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin ayrılmaz hissəsinə çevirib. Bu gün ölkəmizdə çoxsaylı çap və onlayn media resursları fəaliyyət göstərir, rəqəmsal jurnalistika yeni inkişaf mərhələsinə qədəm qoyur. Azərbaycan mediası artıq beynəlxalq informasiya məkanında ölkəmizin mövqeyinin, milli maraqlarının və həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə informasiya cəbhəsində qazanılan uğurlar peşəkar və məsuliyyətli medianın dövlət üçün nə qədər strateji əhəmiyyət daşıdığını bir daha nümayiş etdirdi.
İnformasiya mühitində baş verən qlobal dəyişikliklər media idarəçiliyində də yeni yanaşmaların tətbiqini zəruri edir. Bununla bağlı “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlara müvafiq dəyişikliklərin edilməsi barədə qanun layihəsi 2026-cı il iyulun 14-ü Milli Məclisdə qəbul olunub. Qanun layihəsində müasir dövrdə milli informasiya təhlükəsizliyini və medianın iqtisadi müstəqilliyini təmin etmək üçün Azərbaycanda media sahəsinə münasibətdə daha çevik və kollegial mexanizmə keçid zərurətinin yarandığı vurğulanır. Bu isə çap, onlayn və audiovizual media arasındakı sərhədlərin silinməsi, informasiya sisteminin əsas sütunu olan mediaya vahid yanaşmanı şərtləndirir. Yeni Qanuna əsasən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Audiovizual Şuranın bazasında vahid qurum – Media və Yayım Şurasının yaradılması nəzərdə tutulur. Bu addım, müasir dövrün reallıqlarına uyğun vahid və çevik idarəetmə modelinin formalaşdırılmasına xidmət edir.
Yeni yaradılacaq Şura media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması, media sahəsində ixtisaslı kadr hazırlığının təşkili, innovativ informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin stimullaşdırılması, audiovizual məhsulların istehsalına dövlət dəstəyinin göstərilməsi və ən əsası dezinformasiyaya qarşı sistemli mübarizənin təşkili kimi mühüm funksiyaları həyata keçirəcək. Bu islahatlar milli medianın dayanıqlı inkişafını təmin etməklə yanaşı, Azərbaycanın informasiya təhlükəsizliyinin daha etibarlı şəkildə qorunmasına da mühüm töhfə verəcək.
Azərbaycan mediasının qarşısında duran əsas məqsəd dəyişməz olaraq qalır: cəmiyyətə operativ, dəqiq və obyektiv informasiya çatdırmaq, milli maraqları qətiyyətlə müdafiə etmək, dövlətçilik dəyərlərini və milli-mənəvi irsi qorumaq. Qlobal informasiya mübarizəsinin getdikcə sərtləşdiyi bir dövrdə peşəkar, məsuliyyətli və vətənpərvər media Azərbaycanın güclü dövlət olaraq inkişafında mühüm strateji amillərdən biri olaraq qalacaq.
Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri, media nümayəndələrini və informasiya sahəsində çalışan hər kəsi səmimi qəlbdən təbrik edir, onlara peşə fəaliyyətlərində uğurlar, obyektivlik və həqiqətə sədaqət arzulayıram.

Tamam Cəfərova,
Milli Məclisin deputatı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi