xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 
  • 14:47 – Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında 
  • 13:55 – Prezident gənclərin tərbiyəsindən danışdı 

Kamaləddin Qafarov: “Milli mətbuatımız dövlətçilik maraqlarının qorunmasında önəmli vasitədir”

21-07-2026, 11:52 6 dəfə baxılıb

Kamaləddin Qafarov: “Milli mətbuatımız dövlətçilik maraqlarının qorunmasında önəmli vasitədir”

“22 iyul Azərbaycan xalqının ictimai fikir tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir.”

Bu fikri Milli Məclisin deputatı Kamaləddin Qafarov Milli Mətbuat Günü münasibətilə mətbuata açıqlamasında bildirib.

Onun fikrincə, düz 151 il əvvəl Həsən bəy Zərdabinin böyük fədakarlığı nəticəsində nəşrə başlayan “Əkinçi” qəzeti milli mətbuatımızın əsasını qoymaqla yanaşı, xalqımızın maariflənməsi, milli şüurun formalaşması və azərbaycançılıq ideyalarının geniş yayılmasında mühüm rol oynadı. “Sonrakı dövrlərdə meydana çıxan çoxsaylı qəzet və jurnallar da bu ənənəni davam etdirərək ölkəmizin ictimai-siyasi və mədəni həyatının inkişafına mühüm töhfələr verdilər. Milli mətbuatımızın keçdiyi şərəfli yol Azərbaycan dövlətçilik tarixinin ayrılmaz hissəsidir.”

Millət vəkili qeyd edib ki, Azərbaycan mətbuatının müasir inkişaf mərhələsi Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır: “1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkədə ictimai-siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik təsisatların inkişafını da dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Mətbuatın sərbəst fəaliyyəti üçün hüquqi əsasların möhkəmləndirilməsi, fikir və söz azadlığının təmin olunması, medianın fəaliyyətinə mane olan süni məhdudiyyətlərin aradan qaldırılması həmin siyasətin mühüm tərkib hissəsi idi. Xüsusilə dövlət senzurasının ləğvi Azərbaycan jurnalistikasının inkişafında dönüş nöqtəsi oldu və milli medianın müasir prinsiplər əsasında formalaşmasına geniş imkan yaratdı. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə media sahəsində həyata keçirilən ardıcıl islahatlar milli informasiya məkanının daha da güclənməsinə xidmət edir. Müasir dövr informasiyanın strateji resursa çevrildiyi bir mərhələdir. Belə şəraitdə güclü, peşəkar və məsuliyyətli medianın mövcudluğu dövlətin milli maraqlarının qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Son illərdə media qanunvericiliyinin təkmilləşdirilməsi, jurnalistlərin peşəkarlığının artırılması, informasiya təhlükəsizliyinin gücləndirilməsi və rəqəmsal medianın inkişafına göstərilən dövlət dəstəyi bu sahənin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin edib. Müasir Azərbaycan jurnalistikası artıq yalnız xəbərlərin çatdırılması funksiyasını yerinə yetirmir, eyni zamanda ölkənin beynəlxalq imicinin formalaşdırılmasında mühüm rol oynayır. Bu gün informasiya məkanında gedən rəqabət dövlətlər arasında mübarizənin əsas istiqamətlərindən birinə çevrilib. Belə bir şəraitdə obyektiv, operativ və milli maraqlara söykənən jurnalistika xüsusi əhəmiyyət daşıyır. Azərbaycan mediası son illərdə, xüsusilə tarixi Zəfərimizin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması prosesində böyük peşəkarlıq nümayiş etdirib. Şübhə yoxdur ki, milli mətbuatımız özünün zəngin ənənələrinə sadiq qalaraq bundan sonra da cəmiyyətimizin inkişafına, vətəndaş həmrəyliyinin möhkəmlənməsinə və Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə mühüm töhfələr verməyə davam edəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi