xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 
  • 11:03 – Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir 
  • 10:40 – Dövlət başçısı: Təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil 

Müstəqil siyasətin informasiya müstəvisində təsdiqi

14-07-2026, 14:07 2 dəfə baxılıb

Müstəqil siyasətin informasiya müstəvisində təsdiqi


Son illər Azərbaycan yalnız regional proseslərin iştirakçısı deyil, həm də beynəlxalq gündəliyə təsir göstərən dövlət kimi çıxış edir. Bu reallıq IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdə də aydın ifadəsini tapdı. Dövlət başçısının çıxışı göstərdi ki, müasir dünyada siyasi proseslərin mahiyyətini düzgün qiymətləndirmək və onları beynəlxalq ictimaiyyətə obyektiv çatdırmaq medianın üzərinə düşən ən mühüm vəzifələrdən biridir.

Müasir beynəlxalq münasibətlər sistemi sürətlə dəyişir, yeni çağırışlar və geosiyasi risklər meydana çıxır. Belə bir şəraitdə Azərbaycanın milli maraqlara söykənən müstəqil xarici siyasəti ölkənin ən böyük üstünlüklərindən biri kimi çıxış edir. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan heç bir xarici təsir mərkəzindən asılı olmadan öz milli maraqlarını rəhbər tutur və beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə sadiq qalır. Bu siyasət ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib.

Forum bir daha nümayiş etdirdi ki, informasiya məkanı artıq geosiyasi rəqabətin əsas istiqamətlərindən birinə çevrilib. Bu gün dövlətlərin nüfuzu yalnız iqtisadi və hərbi potensialla deyil, həm də həqiqətə əsaslanan informasiya siyasəti ilə müəyyən edilir. Azərbaycanın son illərdə təşkil etdiyi beynəlxalq tədbirlər, o cümlədən Şuşa Qlobal Media Forumu ölkənin açıq dialoq tərəfdarı olduğunu və ən müxtəlif mövzuların sərbəst müzakirəsinə şərait yaratdığını nümayiş etdirir. Dünyanın müxtəlif ölkələrindən jurnalistlərin Prezident İlham Əliyevə birbaşa suallar ünvanlaması və ətraflı cavablar alması da bu açıq yanaşmanın bariz nümunəsidir.

Şuşanın belə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi xüsusi siyasi məna daşıyır. Vaxtilə işğalın və dağıntının simvoluna çevrilmək istənilən bu şəhər bu gün beynəlxalq fikir mübadiləsinin, dialoqun və əməkdaşlığın məkanıdır. Bu, Azərbaycanın həyata keçirdiyi bərpa siyasətinin, regionda davamlı inkişaf və sabitlik yaratmaq əzminin real nəticəsidir. Məhz buna görə Şuşadan verilən mesajlar təkcə Azərbaycan üçün deyil, bütövlükdə regionun gələcəyi baxımından da diqqətlə izlənilir.

IV Şuşa Qlobal Media Forumu bir daha təsdiqlədi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil siyasət Azərbaycanın beynəlxalq nüfuzunu ardıcıl şəkildə gücləndirir. Ölkəmiz artıq qlobal əhəmiyyətli məsələlərin müzakirə olunduğu etibarlı platformalar yaradan, müxtəlif baxışların sərbəst ifadəsinə imkan verən və həqiqətə söykənən dialoqu təşviq edən dövlət kimi tanınır. Bu isə Azərbaycanın beynəlxalq informasiya məkanında söz sahibi olan ölkələr sırasında mövqeyini daha da möhkəmləndirir.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi