xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 13:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 
  • 19:30 – Prezidentlər Qolf Klubun açılışında iştirak etdilər - FOTOLAR 
  • 19:11 – Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib 

Kamaləddin Qafarov: “Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq geostrateji baxımdan da əhəmiyyətlidir”

23-04-2026, 14:10 9 dəfə baxılıb

Kamaləddin Qafarov: “Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq geostrateji baxımdan da əhəmiyyətlidir”

“Bakıda keçirilən yüksək səviyyəli görüşlər Azərbaycan-Latviya münasibətlərinin məzmununda yeni çalarların formalaşdığını göstərdi. Aprelin 22-də verilən bəyanatlar təkcə ikitərəfli əməkdaşlığın cari vəziyyətini deyil, həm də gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoydu”.

Bu fikirləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.

Millət vəkilinin fikrincə, bu görüşü fərqləndirən əsas məqam siyasi dialoqla iqtisadi əməkdaşlığın və regional təhlükəsizlik gündəliyinin eyni platformada uzlaşdırılması oldu. “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ikitərəfli gündəliyin müxtəlif aspektləri, o cümlədən beynəlxalq əhəmiyyət kəsb edən məsələlər geniş müzakirə edildi. Bu yanaşma göstərir ki, Azərbaycan-Latviya münasibətləri artıq yalnız klassik diplomatik münasibətlər formatı ilə məhdudlaşmır, regional və qlobal proseslərə dair fikir mübadiləsini də əhatə edir. Xüsusilə Cənubi Qafqaz və Baltik regionlarında təhlükəsizlik məsələlərinin müzakirəsi tərəflərin siyasi dialoqunun keyfiyyətcə yeni mərhələyə keçdiyini təsdiqləyir.”

Bu kontekstdə sülh prosesi ilə bağlı qarşı tərəfə çatdırılan son məlumatlara ayrıca diqqət çəkildiyini vurğulayan K.Qafarov deyib: “Azərbaycan-Ermənistan münasibətlərində müşahidə olunan müsbət dinamika, ticarət təmaslarının yaranması, vətəndaş cəmiyyəti dialoqunun başlanması regionda sabitliyin möhkəmlənməsi üçün yeni imkanlar açır. Bu prosesin Avropa tərəfdaşları ilə müzakirə edilməsi Azərbaycanın regional sülh gündəmini beynəlxalq dəstək müstəvisində təqdim etmək strategiyasının tərkib hissəsi kimi görünür. İkitərəfli əməkdaşlığın digər mühüm istiqaməti iqtisadi sahədir. Son illər qarşılıqlı ticarətin mövcud potensialı tam əks etdirmədiyi vurğulansa da, bu sahədə dönüş yaratmaq üçün real imkanların mövcudluğu açıq görünür. Sərmayə qoyuluşu, innovasiya, logistika, nəqliyyat və sənaye kooperasiyası üzrə perspektivlər kifayət qədər genişdir. Azərbaycanın artan investisiya imkanları və Latviyanın Avropa bazarları ilə inteqrasiya üstünlükləri bu əməkdaşlığı daha praktik nəticələrə yönəldə bilər. Bu baxımdan Azərbaycan-Latviya biznes-forumu xüsusi əhəmiyyət daşıyır. Forumda praktiki müqavilələrin, yeni tərəfdaşlıqların və birgə layihələrin müzakirəsi iqtisadi əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçidi üçün mühüm siqnal sayıla bilər. Lakin Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq yalnız iqtisadi deyil, həm də geostrateji baxımdan əhəmiyyətlidir. Avropanın enerji təhlükəsizliyi, tranzit marşrutlarının şaxələndirilməsi, rəqəmsal iqtisadiyyat və yaşıl keçid kimi sahələrdə Bakı ilə Riqa arasında maraqların üst-üstə düşməsi bunu təsdiqləyir. Xüsusilə nəqliyyat-kommunikasiya layihələri fonunda Azərbaycan Şərq-Qərb bağlantısında mühüm həlqə kimi çıxış edir və bu amil Latviya üçün də əlavə imkanlar yaradır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi