xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Kamaləddin Qafarov: “Azərbaycan regionun enerji təhlükəsizliyini təmin edən əsas aktordur”

22-01-2026, 10:42 5 dəfə baxılıb

Kamaləddin Qafarov: “Azərbaycan regionun enerji təhlükəsizliyini təmin edən əsas aktordur”


“Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyi, formalaşdırdığı strateji xətti və regional liderliyini aydın şəkildə ortaya qoyur. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər bir daha təsdiqləyir ki, Azərbaycan qlobal çağırışların artdığı, beynəlxalq hüquq normalarının selektiv şəkildə tətbiq olunduğu mürəkkəb dövrdə belə prinsipial və praqmatik siyasət yürütməyi bacaran bir dövlətdir.”

Bu fikirləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.

Millət vəkili qeyd edib ki, hazırkı beynəlxalq mühitdə hüquqi mexanizmlərin hamı üçün eyni dərəcədə işləməməsi Prezident İlham Əliyevin artıq çoxdan proqnozlaşdırdığı bir reallıqdır: “Məhz bu şəraitdə Azərbaycanın milli maraqlara əsaslanan, lakin beynəlxalq hüququn fundamental prinsiplərinə tam uyğun siyasəti xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezidentin nümayiş etdirdiyi yanaşma göstərir ki, Azərbaycan emosiyalara deyil, nəticəyönümlü və rasional qərarlara əsaslanan strateji xətt formalaşdırıb. Bu xətt ölkəmizə öz haqlı mövqeyini beynəlxalq müstəvidə müdafiə etməyə və real nəticələr əldə etməyə imkan verib. Müsahibədə səsləndirilən digər mühüm məqam Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi ilə bağlıdır. Dövlət başçısı bu mükafatı təkcə şəxsi uğur kimi deyil, Azərbaycanın uzun illər davam edən münaqişədən sonra Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olunması istiqamətində atdığı addımlara verilən beynəlxalq qiymət kimi dəyərləndirir. Bu yanaşma Azərbaycanın liderliyinin humanizm, dialoq və qarşılıqlı hörmət prinsiplərinə söykəndiyini nümayiş etdirir və ölkəmizin sülh gündəliyinin beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir. Cənab Prezidentin öz müsahibəsində təhlükəsizlik məsələləri ilə bağlı səsləndirdiyi fikirlər xüsusilə diqqətəlayiqdir. Dövlət başçısı Azərbaycanın daxilində sabitliyin möhkəm təməllər üzərində qurulduğunu, potensial risklərin isə əsasən xarici mənbələrdən qaynaqlandığını açıq şəkildə ifadə edir. Bu, dövlət idarəçiliyinin səmərəliliyinin, cəmiyyətlə hakimiyyət arasında mövcud olan etimadın və güclü dövlət institutlarının mövcudluğunun nəticəsidir. Eyni zamanda, bu yanaşma Azərbaycanın regional prosesləri diqqətlə izlədiyini və mümkün təhdidlərə qarşı preventiv siyasət yürütmək əzmində olduğunu göstərir. Enerji məsələləri ilə bağlı səsləndirilən fikirlər isə Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı strateji üstünlüyü bir daha təsdiqləyir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu gün regionun enerji təhlükəsizliyini təmin edən əsas aktordur. Azərbaycanın enerji resursları təkcə iqtisadi deyil, həm də siyasi sabitliyin mühüm faktoruna çevrilib” .






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi