xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 

Yardımlıda ödənişsiz tibbi müayinələr keçirilib -Fotolar

21-04-2026, 15:31 8 dəfə baxılıb

Yardımlıda ödənişsiz tibbi müayinələr keçirilib -Fotolar


“Həmkardan həmkara qayğı ilə” sosial layihəsi çərçivəsində növbəti səyyar tibbi aksiya Yardımlı rayonunda təşkil olunub.

aia.az xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü və təşkilatçılığı, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində sakinlərə ödənişsiz tibbi xidmətlər göstərilib.

Yardımlı Rayon Mərkəzi Xəstəxanasında baş tutan müayinələr zamanı 5 müxtəlif istiqamət üzrə peşəkar həkim heyəti tərəfindən tibbi baxışlar həyata keçirilib.
İki gün ərzində ümumilikdə 435 rayon sakini müayinədən keçib. Müayinə nəticəsində səhhətində problem aşkarlanan şəxslərə müvafiq tibbi tövsiyələr verilib və müalicə istiqamətləri müəyyənləşdirilib.
Tədbirin təşkilində AHİK könüllüləri də fəal iştirak ediblər.

Qeyd edək ki, “Həmkardan həmkara qayğı ilə” layihəsi ucqar bölgələrdə yaşayan əhalinin tibbi xidmətlərə çıxış imkanlarının artırılması, onların sağlamlığının qorunması və dövlətimizin sosial siyasətinə töhfə vermək məqsədi daşıyır.

2025-ci ilin aprel ayından start götürən layihə çərçivəsində indiyədək ümumilikdə 2685 vətəndaş ödənişsiz tibbi müayinələrdən faydalanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi