xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

DİQQƏT! Rayon qeydiyyatında olub Bakıda işləyənlərin nəzərinə

13-03-2021, 12:48 71 dəfə baxılıb

DİQQƏT! Rayon qeydiyyatında olub Bakıda işləyənlərin nəzərinə


Hazırda ölkənin müxtəlif şəhər və rayonlarında İcbari Tibbi Sığorta tətbiq edilir. Lakin həmin rayonlarda qeydiyyatda olub Bakıda işləyən vətəndaşlar icbari tibbi sığortanın xidmətlər zərfindən istifadə etməkdə çətinlik çəkirlər.
Aprelin 1-dən etibarən Bakıda da icbari tibbi siğortanın tətbiqinə başlanacaq. Bəs rayon qeydiyyatında olan şəxslərin paytaxtda bu xidmətdən istifadə imkanı olacaqmı?
Rayon qeydiyyatında olub Bakıda yaşayan və işləyən vətəndaşlar paytaxtda icbari tibbi sığortadan istifadə edə biləcəklər. Hazırda ölkənin 59 şəhər və rayonunda vətəndaşların icbari tibbi sığortanın xidmətlər zərfindən istifadə hüququ var. Amma Bakıda bu xidmətdən istifadə etmək hələ mümkün deyil.
İcbari Tibbi Sığorta Agentliyindən verilən məlumata görə, Bakıda icbari tibbi sığorta gələn aydan etibarən tətbiq ediləcək. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Aynurə Əhmədova Bakıda yaşayıb rayon qeydiyyatında olan şəxslərin paytaxtda icbari tibbi sığortadan hansı halda istifadə edəcəyi ilə bağlı qaydaları açıqlayıb.
Bunun üçün vətəndaş faktiki yaşadığı yer üzrə müvəqqəti qeydiyyata düşməlidir. Agentlikdən bildirildi ki, vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi