xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:51 – İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib 
  • 14:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 
  • 14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 

Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub -Fotolar

7-10-2025, 10:02 5 dəfə baxılıb

Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub -Fotolar


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında “İqlim dəyişikliklərinin həlli yolları: beynəlxalq əməkdaşlıq və elmi kommunikasiya” mövzusunda tədbir təşkil olunub.

aia.az xəbər verir ki, tədbir çərçivəsində Konfederasiyanın dəstəyi ilə hazırlanmış “Qlobal Davamlı İnkişaf Strategiyası: İnnovasiya, Modelləşdirmə və İttifaqlar” xüsusi elmi nəşrinin təqdimatı keçirilib. Bununla yanaşı, Akademiyada Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzinin açılışı olub, həmçinin Konfederasiyanın təşəbbüsü ilə keçirilmiş “Yaşıl gələcək bizim gözümüzlə” fotomüsabiqəsinin qalibləri mükafatlandırılıb.

Tədbirdə hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm xadimləri, Əmək və Sosial Münasibətlər Akademiyasının professor-müəllim heyəti iştirak ediblər.

Konfederasiya sədri Sahib Məmmədov çıxış edərək Azərbaycanın iqlim dəyişmələrinə qarşı mübarizədə həyata keçirdiyi siyasət və ölkəmizin ev sahibliyi etdiyi COP29 çərçivəsində qəbul edilmiş qərarların qlobal əhəmiyyətindən bəhs edib.

Vurğulanıb ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da iqlim dəyişmələri ilə mübarizə, ətraf mühitin mühafizəsinə dair tədbirlər həyata keçirir və xüsusi elmi nəşrin hazırlanması bu istiqamətdə görülən işlərin davamıdır.

Nəşrdə yer alan məqalələrin elmi dəyəri, aktuallığı və COP29-un məqsədlərinin müəyyənləşdirilməsindəki rolu vurğulanıb. Bildirilib ki, nəşr iqlim dəyişmələri ilə bağlı elmi-tədqiqat işləri, oxucuların elmi potensialının inkişafı və müvafiq sahədəki araşdırmalar üçün etibarlı istinad mənbəyidir.

Həmçinin yeni yaradılan Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzinin ölkəmizdə elmi nəşrlərin keyfiyyətinin artırılması və rəqəmsal identifikasiya sistemlərinin genişləndirilməsi baxımından önəmi qeyd edilib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Milli Məclisin deputatı akademik Ziyad Səmədzadə, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc xüsusi elmi nəşrin iqlim dəyişmələri ilə mübarizədə maarifləndirməyə dair önəmini və geniş oxucu auditoriyasında maraq doğuracağına inamlarını ifadə edib, eyni zamanda Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzinin yaradılmasının milli elmi jurnalların və nəşrlərin davamlı identifikatorlarla təmin olunması baxımından əhəmiyyətindən danışıblar.
Tədbir çərçivəsində Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzi tərəfindən bir sıra nəşrlərə rəqəmsal obyekt identifikatoru kodu verilib.
Sonda “Yaşıl gələcək bizim gözümüzlə” fotomüsabiqəsinin qalibləri mükafatlandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi