xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

“Xəzər Günündə Sumqayıtda Kütləvi Təmizlik Aksiyası: 4 Hektarlıq Sahildən Yüzlərlə Kiloqram Tullantı Toplandı”

12-08-2025, 17:42 27 dəfə baxılıb

“Xəzər Günündə Sumqayıtda Kütləvi Təmizlik Aksiyası: 4 Hektarlıq Sahildən Yüzlərlə Kiloqram Tullantı Toplandı”


12 avqust 2025-ci il tarixində “Xəzər günü” münasibətilə Sumqayıt şəhəri Sahil küçəsində yerləşən Xəzər dənizi sahil zolağında genişmiqyaslı iməcilik aksiyası keçirilib. Tədbir 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı ilə reallaşıb.

Aksiyada Sumqayıt şəhər İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlar, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi, Sumqayıt şəhər bələdiyyəsi, Hacı Zeynalabdin bələdiyyəsi, Corat qəsəbə bələdiyyəsi, “Azərkimya” İstehsalat Birliyi, “Socar Polymer” MMC, eləcə də Sumqayıt şəhər 1 saylı “ASAN Xidmət” könüllüləri fəal iştirak ediblər.

Ümumilikdə 180 nəfərin qatıldığı təmizlik aksiyası zamanı sahil zolağında 4 hektar ərazidən 564 kiloqram müxtəlif məişət tullantısı toplanaraq aidiyyəti üzrə tullantılar poliqonuna daşınıb.

Bu təşəbbüs Xəzər dənizinin ekoloji tarazlığının qorunmasına və sahilboyu ərazilərin abadlaşdırılmasına mühüm töhfə verib. Qeyd edək ki, bu tip ekoloji aksiyalar mövsüm boyu hər həftə davam etdiriləcək və ətraf mühitin mühafizəsinə yönəlmiş maarifləndirmə tədbirləri ilə müşayiət olunacaq.

















Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi