xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:34 – Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI 
  • 10:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə.... 
  • 10:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub 

İmişlidə şəhid xatirəsinə həsr olunmuş kitab təqdimatı keçirilib

31-05-2025, 01:19 8 dəfə baxılıb



Mayın 30-da İmişli rayonunun Mədəniyyət Mərkəzində Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş qəhrəmanımız, baş leytenant Cavid Səfərlinin anası Xatirə Səfərlinin övladının əziz xatirəsinə həsr etdiyi “Şəhid Cavidimin qəhrəmanlıq dastanı” adlı kitabın təqdimatı ilə bağlı tədbir keçirilib. Tədbirdə şəhid ailələri ilə yanaşı İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.
Çıxışlar başlamamışdan öncə şəhidlərimizin əziz xaitərələri böyük ehtiramla yad edilib. Tədbiri giriş sözü ilə icra başçısı açaraq vətənin müdafiəsi uğrunda canından keçən Cavid Səfərlinin və digər şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim dərin ehtiramla yad edildiyini, onların qanlarının yerdə qalmadığını bildirərək bütün şəhidlərimizə rəhmət və qazilərimizə şəfa diləyib, kitabın ərsəyə gəlməsində əziyyəti olan şəxslərə öz minnətdarlığını bildirib. Digər çıxış edənlər şəhidlərin xatirəsinə yazılmış kitabların gənclər üçün vətənpərvərlik nümunəsi olduğunu qeyd ediblər. Daha sonra kitabın müəllifi Xatirə Səfərli tədbir iştirakçılarını kitab haqqında məlumatlandırıb. Tədbir mədəniyyət işçilərinin ifalarında hərbi vətənpərvərlik mövzusunda kompozisiya ilə davam etdirilib.
















Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi