xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:03 – Niderland vətəndaşlarının İrandan təxliyyəsinə görə Prezidentə təşəkkür etdi - Fotolar 
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 12:16 – AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 

Şamaxıda şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksi açıldı - Fotolar

6-06-2022, 10:40 61 dəfə baxılıb

Şamaxıda şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksi açıldı - Fotolar


Şamaxı rayonunun Birinci Çaylı kəndində bu kənddən olan şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub.

Abidənin açılışında Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Hikmət Şikarov, Yeni Azərbaycan Partiyasının Şamaxı Rayon təşkilatının sədri Tural Qasımlı, din xadimləri, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edən natiqlər Vətən müharibəsində Şanlı Qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərimizin qanını yerdə qoymadığını xüsusi qeyd edib, ordumuzun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordu birliyindən bəhs ediblər. Bildirilib ki, Şanlı Zəfər tarixini yazan Vətən oğullarının əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq.

Çıxış edən şəhid ailələri və ictimaiyyət nümayəndələri dövlət tərəfindən şəhid ailələri və müharibə əllillərinə daim diqqət və qayğı göstərildiyini qeyd edərək buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Şamaxıda şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksi açıldı - FotolarŞamaxıda şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksi açıldı - Fotolar






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi