Elm və maarif yolunun fədaisi – Elşad Quliyev

Azərbaycanın təhsil tarixində özünəməxsus yeri olan Qazax rayon Dövlət Sosial-İqtisadi Kolleci, bu gün öz inkişaf dövrünü yaşayır. Bu inkişafın mərkəzində dayanan isə öz zəhməti, peşəkarlığı, ziyalılığı və mənəvi dəyərlərə sadiqliyi ilə seçilən kollecin direktoru Elşad Quliyevdir. O, bu gün bölgənin elm və təhsil həyatında nüfuzlu bir şəxsiyyət, idarəçilikdə isə innovativ düşüncəli bir rəhbər kimi tanınır.
Peşəkar təhsil sisteminin gücləndirilməsində öncül rol
Elşad müəllim uzun illərdir ki, Azərbaycan təhsil sistemində müxtəlif vəzifələrdə çalışaraq zəngin təcrübə qazanmış, bu təcrübəni Qazax Dövlət Sosial-İqtisadi Kollecinin rəhbərliyində uğurla tətbiq etmişdir. Onun təşəbbüsü ilə kollecdə bir sıra struktur islahatları aparılmış, tədris prosesi beynəlxalq standartlara uyğunlaşdırılmış, müasir dərs metodları və texnologiyalar tətbiq edilmişdir.
Rəhbərlik etdiyi müddətdə Elşad Quliyev kollecdə tədrisin keyfiyyətinə, müəllim heyətinin davamlı inkişafına və tələbələrin bilik səviyyəsinin yüksəldilməsinə xüsusi önəm vermişdir. Yeni texniki baza qurulmuş, fənn laboratoriyaları və ixtisas auditoriyaları müasir avadanlıqlarla təchiz olunmuş, təlim-tədris prosesi praktik yönümlü fəaliyyətlərlə zənginləşdirilmişdir.
İnnovasiyaya açıq, milli-mənəvi dəyərlərə sadiq rəhbər
Elşad müəllim təhsildə innovasiyaları təbliğ etsə də, milli-mənəvi dəyərlərin qorunmasını hər zaman birinci sıraya qoyur. Onun rəhbərliyi ilə keçirilən dərsdənkənar tədbirlər, vətənpərvərlik ruhunun aşılanması məqsədi daşıyan layihələr, elmə və əxlaqa xidmət edən maarifləndirici tədbirlər tələbələrin mənəvi inkişafında mühüm rol oynayır. Kollecdə "Zəfər dərsləri", "Şəhidlərimizi tanıyaq", "Azərbaycançılıq ideologiyası" mövzularında mütəmadi seminarlar, sərgilər və tədbirlər təşkil olunur.
İnsanpərvər, sosial məsuliyyətli şəxsiyyət
Elşad Quliyev təhsildə qazandığı uğurlarla yanaşı, həm də dərin insani keyfiyyətləri ilə seçilir. O, şəhid ailələrinə, qazilərə, aztəminatlı tələbələrə və sosial qayğıya ehtiyacı olan hər bir insana qarşı həssas münasibət bəsləyir. Bayram günlərində aztəminatlı ailələrə yardımların çatdırılması, şəhid ailələrinin övladlarının təhsil həyatında qarşılaşdığı çətinliklərin aradan qaldırılması üçün şəxsi təşəbbüslərlə çıxış edir.
Kollecdə təhsil alan tələbələrin sosial rifahı və mənəvi rahatlığı Elşad müəllimin əsas qayğılarındandır. O, hər bir tələbənin həyatına bir rəhbərdən daha çox, ailə üzvü kimi yaxınlıq göstərir. Bu yanaşma kollektivin və tələbələrin ona olan sevgisinin əsas səbəblərindəndir.
Azərbaycan dövlətinin təhsilə verdiyi önəmi daima rəhbər tutur
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə ayırdığı diqqət və qayğını rəhbər prinsipi kimi qəbul edən Elşad Quliyev, dövlətin bu sahəyə göstərdiyi dəstəyi kollecin inkişafında bir fürsət kimi dəyərləndirir. O, dəfələrlə vurğulamışdır ki, “Prezident İlham Əliyevin gənclərə, təhsilə, innovasiyaya verdiyi dəstək, biz təhsil işçilərinin məsuliyyətini artırır və bizi daim yeniliyə, müasirləşməyə sövq edir.”
Qazax rayonunun maarif tarixində öz imzasını qoyan Elşad müəllim işğaldan azad olunmuş torpaqlarımızda da təhsil sisteminin bərpasına öz dəstəyini göstərməkdə maraqlıdır. O, gənclərə bu torpaqların əhəmiyyətini, milli birlik və dövlətçilik ruhunu təbliğ edir, Zəfər salnaməsini dərslərdə örnək kimi təqdim edir.
Nüfuzlu idarəçi, örnək ziyalı
Elşad Quliyev yalnız bir təhsil müəssisəsinin rəhbəri deyil, həm də bölgədə nüfuz sahibi olan bir ziyalı, ictimaiyyət tərəfindən rəğbətlə qarşılanan bir rəhbərdir. Onun fəaliyyətinə verilən müsbət qiymətlər, yerli və mərkəzi təhsil qurumları tərəfindən göstərilən etimad, onun bu sahədəki uğurunun rəsmi göstəriciləridir.
Bu gün Qazax Dövlət Sosial-İqtisadi Kolleci Elşad Quliyevin rəhbərliyi altında yeni inkişaf mərhələsinə qədəm qoyub. Elm, təhsil və mənəviyyatın vəhdətinə söykənən bu təhsil ocağı, Azərbaycanın gələcək parlaq kadrlarının yetişdiyi bir məktəbə çevrilməkdədir. Bu uğurlar isə bir rəhbərin əzmkar əməyi, vicdanlı xidmət prinsipi və dövlətə sədaqətli münasibətinin nəticəsidir.
Qazax rayon Dövlət Sosial-İqtisadi Kollecin Direktoru Elşad Quliyev - Azərbaycan Avropa, Asiya ilə yanaşı eyni zamanda region ölkələri ilə həm diplomatik, həm iqtisadi, həm də ticari və digər sahələr üzrə sıx əməkdaşlıq prinsiplərini önə çəkərək beynəlxalq müstəvidə qazandığı diplomatik uğurlar sayəsində müasir beynəlxalq münasibətlər sisteminin fəal aktoruna çevrilmişdir.
Xüsusilə Avropa Şurası və ATƏT kimi bir sıra beynəlxalq təşkilatların, güc mərkəzlərinin, Avropa dövlətlərinin əks mövqeyinə və beynəlxalq erməni mafiyasının ciddi-cəhdlərinə baxmayaraq hərbi-siyasi yolla ərazi bütövlüyünü təmin etdikdən və ölkənin bütün ərazisində suverenliyini bərpa etdikdən sonra Azərbaycana maraq əhəmiyyətli dərəcədə artmışdır. Bu tendensiya region dövlətləri ilə münasibətdə də özünü qabarıq şəkildə büruzə verir. 44 günlük Vətən müharibəsindən sonra İran İslam Respublikasının Prezidenti Məsud Pezişkianın aprelin 28-də Azərbaycana ilk rəsmi səfərinin yekunları dediklərimizin daha bir təsdiqidir.
Bu səfər son dövrlərədək İran hakimiyyətinin yürütdüyü birmənalı olmayan regional siyasət səbəbindən tərəflər arasında yaranmış bəzi anlaşılmazlıqların aradan qaldırılması istiqamətində çox əhəmiyyətli siyasi addımdır. Prezident İlham Əliyev xalqlarımızın əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşadığını və bu gün dövlətlərarası münasibətlərimizin möhkəm təməl üzərində inkişaf etdiyini vurğulayaraq İran Prezidentinin Azərbaycana rəsmi səfərini əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürü kimi dəyərləndirmişdir. O demişdir: “Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq. Yəni, qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi biz bölgəmizdə önəmli rol oynayırıq. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikridir və siyasətidir. Mən heç şübhə etmirəm ki, bu səfər bizim münasibətlərimizin inkişafında çox önəmli rol oynayacaq”.
Səfər öncəsi Azərbaycan Televiziyasına və İranın İRNA agentliyinə müsahibə verərkən İran hökumətinin başçısı da öz növbəsində ikitərəfli əlaqələrin inkişafına dair açıqlamasında ölkələr arasında əməkdaşlıq imkanlarının mövcudluğundan bəhs edərək sağlam əlaqələrin yaradılması üçün əl-ələ verib əməkdaşlıq etməyin zəruriliyindən bəhs edib.
Diqqətçəkən məqamlardan biri budur ki, Pezeşkian İranın əvvəlki hökumət rəhbərlərindən fərqli olaraq Azərbaycan Respublikasına münasibətində daha səmimi münasibəti ilə seçilir. Bakıda da özünü doğma sayır, Təbrizdə olduğu kumi qürurla Azərbaycan dilində danışır, hər fürsətdə xalqlarımızın birgə tarixi köklərini, oxşar milli-mədəni dəyərlərini önə çəkir, ölkələrimiz və xalqlarımız arasında dost, qohum və qardaş münasibətlərinin inkişafına rəğbətini ifadə edir. Şübhə yoxdur ki, İki ölkə arasında formalaşmaqda olan bu müsbət tendensiya ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin qarşılıqlı münasibətlər müstəvisində yürütdüyü praqmatik siyasət nəticəsində mümkün olmuşdur. Məhz onun dəqiqliklə hesablanmış diplomatik addımları və müdrik yanaşmaları sayəsində bu gün biz İran və Azərbaycan hökumətləri arasında əməkdaşlıq tellərinin möhkəmlənməsinə şahidlik edirik.
Tamamilə məntiqlidir ki, İran-ABŞ və İran İsrail münasibətlərində son zamanlar müşahidə olunan yumşalmalar fonunda Prezident Məsud Pezişkianın Azərbaycana səfərinə həm də regionda təhlükəsizliyin təmin olunmasına yeni bir dəstək və əhəmiyyətli addım kimi baxmaq lazımdır. Bildiyiniz kimi, rəsmi Bakı bu münasibətlərin normal məcraya yönəldilməsi üçün Bakının müzakirə platforması kimi öz imkanlarını təqdim etməyə hazırdır. Azərbaycan və İran prezidentləri arasında məhdud və geniş tərkibli görüşdən, Birgə Bəyanatın və iki ölkə arasında bir sıra sahələrə dair sənədlərin imzalanma mərasimindən sonra prezidentlərın mətbuata bəyanatlarında əks olunan müddəalar və tezislər də həm də bu ortaq hədəflərə nail olunmasına hesablanıb. Düşünürəm ki, Azərbaycan-İran münasibətlərini müxtəlif rakurslardan təhlil etdikdə bu əlaqələrin bütövlükdə Cənubi Qafqaz və Xəzəryanı bölgələr üçün necə böyük əhəmiyyət daşıdığına əmin olarıq.
Cənab İlham Əliyev vurğulayıb ki, biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi ənənəvi olaraq dəstəkləyirik. İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır. Dövlətimizin başçısı Azərbaycan və İran arasında qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi barədə qərara münasibət bildirərək bunu iki xalq arasında yüksək səviyyəli qonşuluq və mədəni əlaqələrin nümunəsi kimi qiymətləndirib.
“Yaxın gələcəkdə qardaşımın yenidən qonağı olacağam”, - söyləyən Pezeşkianın tezliklə yenidən Azərbaycana səfər edəcəyi barədə anonsu isə münasibətlərin inkişafı istiqamətində rəsmi Tehranın pozitiv siyasi kursunun və mövqeyinin göstəricisi olaraq İran-Azərbaycan dövlətlərarası münasibətlərin yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirilə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: