Elşad Quliyev: Təhsil Sahəsində Peşəkarlıq və İslahatçı Yanaşma
Qazax Rayon Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quliyev uzun illərdir ki, təhsil sahəsindəki fədakar fəaliyyəti ilə tanınır. Onun rəhbərliyi altında kollecin həm tədris keyfiyyəti, həm də tələbələr üçün yaradılan imkanlar nəzərəçarpacaq dərəcədə təkmilləşib. Təhsil müəssisəsinin uğurları və onun gördüyü işlər, Elşad Quliyevin rəhbər kimi peşəkarlığını və təşəbbüskar yanaşmasını əks etdirir.
Elşad Quliyev rəhbərlik etdiyi dövrdə tədris prosesini müasir tələblərə uyğunlaşdırmağa böyük diqqət yetirmişdir. Kollecin müəllim heyətinin ixtisaslarının artırılması, yeni metodikaların tətbiqi və təhsil proqramlarının yenilənməsi istiqamətində ardıcıl işlər aparılır. Onun təşəbbüsü ilə tələbələrin praktik biliklərə yiyələnməsi üçün təcrübi dərslər və layihələr təşkil edilir.
Elşad Quliyev tələbələr arasında həm akademik uğurların, həm də şəxsi inkişafın təşviq edilməsini ön plana çəkir. Tələbələrə fərdi yanaşma, onların təhsildə və cəmiyyətdə özlərini daha inamlı hiss etmələri üçün yaradılan şərait onun rəhbərlik fəlsəfəsini göstərir. Hər bir tələbənin təhsil və gələcək planlarına dəstək olmaq onun fəaliyyətində prioritet istiqamətlərdəndir.
Kollecin texnoloji bazasının yenilənməsi də Elşad Quliyevin xüsusi diqqət yetirdiyi sahələrdəndir. O, kollecin tədris otaqlarının müasir avadanlıqlarla təmin olunması, tələbələrin texnoloji biliklərə yiyələnməsi üçün zəruri addımlar atmışdır. Bu, həm regionda, həm də ölkədə rəqabətədavamlı kadrların hazırlanmasına töhfə verir.
Elşad Quliyev yalnız təhsil sahəsində deyil, həm də gənclərin sosial fəaliyyətlərində də fəal rol oynayır. Onun rəhbərliyi ilə kollecdə təşkil olunan tədbirlər, seminarlarda və yarışmalarda tələbələrin fəal iştirakı təmin olunur. Eyni zamanda, xüsusi qayğıya ehtiyacı olan tələbələrə dəstək göstərilməsi və onların təhsil alma imkanlarının artırılması istiqamətində əhəmiyyətli işlər görülür.
Qazax rayonunda təhsilin inkişafı üçün Elşad Quliyev böyük səylər göstərir. Onun təşəbbüsləri və həyata keçirdiyi layihələr yalnız kollecin deyil, bütövlükdə rayonun təhsil sisteminin inkişafına xidmət edir. Onun rəhbərliyi dövründə kollecin respublikada tanınan təhsil müəssisələrindən birinə çevrilməsi böyük nailiyyətdir.
Elşad Quliyev təhsil sahəsində olan yenilikləri tətbiq etməklə yanaşı, bir rəhbər kimi tələbələr və müəllim heyəti tərəfindən də dərin hörmətlə qarşılanır. Onun vicdanlı və fədakar fəaliyyəti gənclərin təhsil alaraq cəmiyyətə faydalı vətəndaş kimi formalaşmasında mühüm rol oynayır.
Biz də Elşad Quliyevə gələcək fəaliyyətində uğurlar arzulayır, onun rəhbərlik etdiyi Qazax Rayon Dövlət Sosial-İqtisadi Kollecinin daim yüksələn bir xətt üzrə inkişaf etməsini diləyirik. Təhsil sahəsində atılan hər bir addım ölkənin gələcəyinə xidmət edir və Elşad Quliyev bu işdə parlaq nümunələrdən biridir.
Qazax rayon Dövlət Sosial-İqtisadi Kollecin Direktoru Elşad Quliyev - Prezident İlham Əliyevin son 21 il ərzində həyata keçirdiyi uğurlu siyasət müstəqilliyimizin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafı və beynəlxalq arenada nüfuzunun artırılması ilə tarixə qızıl hərflərlə yazılmışdır. Bu dövr Azərbaycanın güclü və dayanıqlı dövlət quruculuğunun təmin edildiyi, torpaqlarını işğaldan azad etdiyi və regionun lider ölkəsinə çevrildiyi bir mərhələ olmuşdur.
Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkədə sabitlik və inkişafın təməli qoyulmuşdur. Ulu Öndər 2003-cü ildə xalqa müraciətində cənab İlham Əliyevi öz siyasi kursunun davamçısı kimi təqdim edərək Onun liderliyinə olan inamını ifadə etmişdir.
2003-cü il oktyabrın 15-də keçirilmiş president seçkilərində cənab İlham Əliyev xalqımızın böyük etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmiş və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlanmışdır. Bu tarixi hadisə Azərbaycanın siyasi sabitliyinin və inkişaf tendensiyasının davam etdirilməsində mühüm rol oynamışdır.
Dövlətimizin başçısı fəaliyyəti dövründə Ümummilli Liderin irsini qoruyaraq, eyni zamanda, onu müasir dövrün çağırışlarına uyğun şəkildə yeniləmək bacarığını nümayiş etdirmişdir. Bu yanaşma Azərbaycanı sosial-iqtisadi, hərbi və beynəlxalq əlaqələr sahəsində yeni zirvələrə ucaltmışdır. Beləliklə, bu kursun dayanıqlı və uğurlu olmasını təmin edən əsas amil qalib xalqın Liderinin müdrik siyasətidir.
Məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının ən böyük arzularından biri olan Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi reallaşdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi tariximizin ən parlaq səhifələrindən birinə çevrildi. Dövlət başçısının müharibə dövründə apardığı qətiyyətli siyasət, beynəlxalq aləmdə haqlı mövqeyimizin müdafiəsi və xalqın birliyini təmin etməsi tarixi Zəfərə yol açdı. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu düşmənin 30 illik müdafiə xəttini uğurla yararaq dünyaya öz gücünü nümayiş etdirdi. Xüsusilə Şuşa şəhərinin azad edilməsi ilə Ermənistan ordusu tamamilə iflasa uğradı, 2020-ci il 10 noyabr tarixində işğalçı dövlət kapitulyasiya aktını imzalamağa məcbur oldu.
2023-cü ildə Qarabağ bölgəsində Ermənistanın törətdiyi növbəti təxribatlara qarşı aparılan bir günlük lokal antiterror əməliyyatları da Azərbaycan Ordusunun gücünü və Prezident İlham Əliyevin qətiyyətini bir daha sübut etdi. Bu əməliyyatlar nəticəsində Ermənistanın qanunsuz hərbi dəstələri tam zərərsizləşdirildi, beləliklə ölkəmizin suverenliyi və ərazi bütövlüyü bərpa olundu.
Vətən müharibəsindən sonra Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verdi. İlk növbədə, azad olunan ərazilərin minalardan təmizlənməsi işləri başlandı, eyni zamanda, bu bölgələrdə infrastruktur layihələri həyata keçirilməyə başlandı. Şuşa şəhəri mədəniyyət paytaxtı elan olunaraq, burada mədəni irsin bərpası üzrə geniş işlər aparılır. Ağdam, Füzuli, Zəngilan, Laçın və digər rayonlarda şəhərsalma layihələri həyata keçirilir. Zəngilanın Ağalı kəndində “ağıllı kənd” layihəsi reallaşdırılaraq müasir texnologiyalara əsaslanan yaşayış məskənləri yaradıldı, Füzuli və Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verildi. Belə strateji layihələrin icrası bu ərazilərin yenidən regionun iqtisadi mərkəzinə çevrilməsinə xidmət edir.
Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Prezident, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan parlaq gələcəyə doğru daha inamla irəliləyir. Azərbaycanın əldə etdiyi uğurlarda böyük rol oynayan YAP-ın yeni inkişaf mərhələsinə rəhbərlik etdiyi dövrdə cənab İlham Əliyev partiyanın həm ölkə daxilində, həm də beynəlxalq aləmdə güclü mövqe tutmasını təmin etmişdir. YAP-ın 2021-ci il martın 5-də keçirilən VII qurultayı partiyanın gələcək inkişafı üçün çox mühüm bir mərhələ olmuşdur. Partiyanın strukturunun yenilənməsi, fəaliyyət istiqamətlərinin genişləndirilməsi ölkənin siyasi sistemini müasirləşdirmək və dayanıqlı inkişafı təmin etmək istiqamətində görülən işlərin tərkib hissəsidir.
Həyata keçirilən genişmiqyaslı işlər Azərbaycanın daha da qüdrətlənməsi, xalqın sosial təminatının gücləndirilməsi, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün qorunması, həmçinin regional təhlükəsizliyin təmin olunması məqsədini daşıyır. Bu kontekstdə 2021-ci ilin 15 iyununda Şuşada Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi iki ölkənin strateji müttəfiqliyinin təsdiqlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu sənəd təhlükəsizlik, hərbi əməkdaşlıq, iqtisadi inteqrasiya və mədəniyyət sahələrində qarşılıqlı əlaqələri yeni səviyyəyə qaldırdı. Şuşa Bəyannaməsi Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin təminatçısı rolunu oynayır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq arenada söz sahibinə çevrilmişdir. Onun həyata keçirdiyi çoxşaxəli xarici siyasət nəticəsində Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə qlobal miqyasda mühüm təşəbbüslərlə çıxış etmiş və pandemiya dövründə beynəlxalq həmrəyliyi təşviq edən addımlar atmışdır.
Bu günlərdə Azərbaycanın D-8 (İnkişaf etməkdə olan ölkələr) təşkilatına üzv seçilməsi ölkəmizin beynəlxalq iqtisadi əməkdaşlıq platformalarında daha da güclənən rolunu və inkişaf edən dövlətlər arasında əlaqələrinin genişlənməsini göstərir. D-8 təşkilatının prioritet sahələri, o cümlədən ticarət, enerji, kənd təsərrüfatı, sənaye və təhsil sahələrində əməkdaşlıq Azərbaycanın bu platformada mühüm rol oynayacağına işarə edir. Bununla yanaşı, bu təşkilatın üzvü olaraq Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında regional və qlobal əhəmiyyətli layihələrdə daha yaxından iştirak etmək imkanı əldə edir.
Prezident İlham Əliyevin 21 illik fəaliyyəti Azərbaycan tarixində müasir dövlətçilik modelinin təməlini qoymuş, ölkəni hər sahədə möhkəmləndirmişdir. Onun liderliyi ilə Azərbaycan regionda sülhün və sabitliyin təminatçısına çevrilmiş, dünya miqyasında inkişaf edən dövlətlər sırasında öz layiqli yerini tutmuşdur.