xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

AHİK-də “Caspian Energy Club”un nümayəndələri ilə görüş olub -Fotolar

3-03-2025, 13:57 6 dəfə baxılıb

AHİK-də “Caspian Energy Club”un nümayəndələri ilə görüş olub -Fotolar


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) “Caspian Energy Club”un nümayəndələri ilə görüş keçirilib.

Özəl sektorla əməkdaşlıq çərçivəsində keçirilən görüşdə Konfederasiya sədri Sahib Məmmədov həmkarlar ittifaqları sistemində aparılan islahatlar, üzvlərin əmək hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində tətbiq olunan yeniliklər, həyata keçirilən layihələr barədə danışıb.

Bildirilib ki, yeni layihələrdən olan “AHİK Könüllüləri” uğurla davam etdirilir, yollayışların vahid məkandan verildiyi “Kurort” Turizm İnformasiya Mərkəzi yaradılıb, yollayışların verilməsi prosesi sadələşdirilib. Yaxın vaxtlarda “Layiqli Əmək Səfirləri” layihəsinə də start veriləcək. Görüşdə həmçinin ittifaq üzvləri üçün xüsusi endirimlər və bonuslar təqdim edəcək "AHİK Plus" proqramı barədə də məlumat verilib.
Vurğulanıb ki, Konfederasiya özəl sektorla əməkdaşlığa xüsusi önəm verir, bu sahədə çalışanların həmkarlar ittifaqlarında birləşməsini, hər bir işçinin layiqli əmək şəraiti ilə təmin olunmasını dəstəkləyir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev son zamanlar Konfederasiya tərəfindən görülən işləri xüsusi olaraq qeyd edib, AHİK-in özəl sektorla əməkdaşlığının vacibliyini vurğulayıb. Vüsal Şıxəliyev Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə (ESG) prinsiplərindən, o cümlədən sosial təşəbbüslərin, işçilərin sağlamlığının və təhlükəsizliyinin qorunmasının önəmindən danışıb, sahibkarların sosial layihələrdə iştirakının əhəmiyyətini bildirib.
“Caspian Energy Club”un baş icraçı direktoru Telman Əliyev klubun və üzv şirkətlərin fəaliyyətindən danışıb, ölkəmizdə yaradılmış əlverişli biznes mühitinin əhəmiyyətini qeyd edib.

Konfederasiya tərəfindən sanatoriyaların, istirahət mərkəzlərinin bərpası və yenidən qurulması istiqamətində görülən işləri yüksək qiymətləndirən Telman Əliyev “AHİK Plus” proqramı çərçivəsində əməkdaşlığın kluba daxil olan şirkətlər üçün də maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşdə şirkət nümayəndələrinin təklifləri dinlənilib, sualları cavablandırılıb, əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Konfederasiya sədri Sahib Məmmədova klubun fəxri üzvlük sertifikatı təqdim olunub.

Sonra “Caspian Energy Club”un nümayəndələri “Kurort” Turizm İnformasiya Mərkəzində yollayışların verilməsi prosesində tətbiq edilən yeniliklərlə də tanış olublar.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi