İlham Mirzəliyev: “Azəristliktəchizat” ASC-nin istilik təsərrüfatlarında 2024-2025-ci illər payız-qış mövsümünə hazırlıq işləri başa çatdırılmaq üzrədir

"Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyev Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
"Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim İlham Mirzəliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən İlham Mirzəliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
“Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılmış “Azəristiliktəchizat” ASC-nin vəzifəsi istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin etməkdən ibarətdir.
“Azəristliktəchizat” ASC-nin istilik təsərrüfatlarında 2024-2025-ci illər payız-qış mövsümünə hazırlıq işləri başa çatdırılmaq üzrədir
Təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq 9224 metr məhəllədaxili və magistral istilik xətləri yenilənib, müxtəlif diametrli 632 ədəd dirsək və 4460 metrdən çox qazan borusu dəyişdirilib, 1388 ədəd odluq, 435 dəst istilik mübadilə aparatları, habelə 100 ədəd qazan aqreqatı, 51 ədəd odluq istismara hazır vəziyyətə gətirilib.
Mühüm sahələrdən biri olan qaz təsərrüfatı üzrə yeraltı 58 km, yerüstü 73.6 km olmaqla ümumilikdə 131.6 km qaz xətlərinə texniki baxış keçirilib, qazanxanalarda 629 ədəd müxtəlif diametrli qaz kəsici klapanlar, 1905 ədəd qaz siyirtmələri təftiş olunub, 7 ədəd müxtəlif diametrli qaz kəsici klapanlar təmir edilib, 6 ədəd qaz kəsici klapan üçün metal qutu quraşdırılıb, 69 ədəd qaz siyirtməsi təmir edilib.
2024-2025-ci illər payız-qış mövsümünə hazırlıq işləri çərçivəsində istismar müddəti başa çatmış qazanxanalarda aparılan modernizasiya işləri xüsusilə diqqət mərkəzindədir. Hazırda 4 qazanxanada avadanlıqların müasir standartlara uyğunlaşdırılması, enerji səmərəliliyinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə yenidənqurma işləri görülür. 1 qazanxana isə zirzəmidən çıxarılaraq tikiniti norma və qaydalarına uyğun olaraq yenidən quraşdırılır.
"Azəristiliktəchizat" ASC-nin texniki heyəti tərəfindən Bakı şəhəri və regionlarda yaşayış binaları, orta məktəb, uşaq bağçası, səhiyyə müəssisəsi və təsərrüfat obyektlərində monitorinqlər aparılıb və binadaxili mühəndis kommunikasiya xətlərində xidmətin keyfiyyət parametrlərinə birbaşa təsir göstərən aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi üçün balans saxlayıcıları məlumatlandırılıblar.
“Azəristiliktəchizat” ASC istehlakçıların rahatlığını təmin etmək və istilik enerjisi ilə bağlı hər hansı bir problemi operativ şəkildə həll etmək istiqamətində bütün resursları səfərbər edib və hazırlıq işlərinin uğurla başa çatdırılaraq istilik təsərrüfatı avadanlıqlarının tam işlək vəziyyətə gətirilməsi qarşıya qoyulan prioriret vəzifədir.




1 noyabr tarixindən etibarən respublikanın dağlıq ərazilərinə istilik verilişinə başlanılmışdır
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”na əsasən respublikanın dağ rayonlarında 1 noyabr tarixindən etibarən istilik verilişinə başlanılmışdır.
Cəmiyyətin xidmət zonasına daxil olan 9 dağ rayonunda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı ) payız-qış mövsümü ərzində 39 qazanxana və 1 istilik məntəqəsi vasitləsi ilə 34 yaşayış binası, 16 orta məktəb, 3 uşaq bağçası, 2 səhiyyə müəssisəsi, 18 sosial və təsərrüfat hesablı obyektlər istiliklə təchiz olunacaq və mövsüm növbəti ilin may ayının 1-nə qədər davam edəcək.
Respublikaının digər ərazilərində, o cümlədən Bakı şəhərində isə payız-qış mövsümü cari ilin noyabr ayının 15-dən başlayaraq növbəti ilin aprel ayının 15-nə qədər davam edəcəkdir.
Cari mövsümdə “Azəristiliktəchizat” ASC tərəfindən Bakı şəhəri və respublikanın regionlarında balansında olan 553 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3278 yaşayış binasının, 184,500 minə yaxın mənzilin, 286 orta məktəbin, 158 uşaq bağçasının, 150 səhiyyə müəssisəsinin, 2600-a yaxın sosial və təsərrüfat hesablı obyektlərin istiliklə təmin edilməsi nəzərdə tutulur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: