xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:43 – İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub 
  • 20:20 – İlham Əliyev və Meloni mətbuata bəyanatlarla çıxış edirlər 
  • 20:16 – Prezident İlham Əliyevin İtaliya Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO 
  • 19:34 – İlham Əliyevin Meloni ilə təkbətək görüşü keçirilir - Fotolar 

Rəşad Cəbrayılov: Azərbaycanı öz yolundan heçkəs döndərə bilməz

31-10-2024, 15:54 8 dəfə baxılıb



Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Salyan rayon İcra Hakmiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayon İcra Hakimiyyətində təşkil olunmuş vətəndaşların fərdi qaydada qəbulunda hər bir vətəndaş diqqətlə dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, Rayon İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıqlar verilmişdir.

Rəşad Cəbrayılov: Azərbaycanı öz yolundan heçkəs döndərə bilməz










Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Sübhan Rahim oğlu Cəbrayılovun anım günü Salyan rayonunda qeyd olundu

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Vətən Müharibəsi Qəhrəmanının ailəsi, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, şəhid ailələri, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri şəhidin şəhadətinin ildönümü ilə əlaqədar adını daşıyan Salyan Peşə Liseyinin qarşısındakı büstünü ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Daha sonra tədbir Salyan rayon İcra hakimiyyətinin iclas zalında davam etmişdir. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra mərasim iştirakçılarına Sübhan Cəbrayılovun ömür və döyüş yolundan bəhs edən video-çarx nümayiş etdirilmişdir.

Tədbirdə çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov şəhidin şərəfli döyüş yolundan, vətənpərvərliyindən, yüksək peşəkarlığından, döyüş əzmindən və Vətən qarşısındakı xidmətlərindən söz açmışdır. Sonra 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, keçirilən antiterror əməliyyatından söz açan RİH-in başçısı torpaqlarımızın suverenliyi uğrunda canından keçən şəhidlərə rəhmət diləyərək, ailələrinə səbir və dözüm arzulamışdır. Anım mərasimində şəhidimizə həsr olunan şeirlər, Uşaq İncəsənət Məktəbinin yaradıcı heyəti tərəfindən vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilmişdir. Tədbirdə iştirak edən şəhid ailələri və qazilər göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

Qeyd edək ki, Sübhan Cəbrayılov Vətən müharibəsində göstərdiyi igidliyə görə Prezident İlham Əliyev tərəfindən bir sıra medallarla təltif olunub və “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.

















Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov - Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində vətən­daş amilinin dayandığını səhiyyədəki islahatlar bir daha təsdiq edir. Bu gün ölkəmizdə Mərkəzi Klinika, Talassemi­ya Mərkəzi, Milli Oftalmologiya Mərkəzi, Milli Onkologiya Mərkəzi, Qafqazda ən böyük tibb müəssisəsi–Yeni Klinika, Tibb Universitetinin klinikaları, paytaxtda və bölgələrdə ən son texnologiyalarla təchiz olunmuş diaqnostika mərkəzləri, digər çoxsaylı dövlət və özəl tibb müəssisələ­ri əhaliyə lazımi tibbi xidmət göstərir. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensi­alının gücləndirilməsi və infrastrukturun yenilənməsi daim diqqət mərkəzindədir. Ölkə rəhbərliyinin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin ildən-ilə artı­rılması tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə xidmə­tin səviyyəsinin və əməkhaqlarının yük­səlməsinə təsir edir.

Bu günlərdə Qərbdə mənzillənmiş bəzi siyasi dairələrin anti-Azərbaycan ritorikalarının daha da gücləndiyi müşahidə olunur. Görünən odur ki, COP29-un Azərbaycan keçirilməsi, ölkənin növbəti beynəlxalq uğura imza atması erməni təəsübkeşi olan həmin siyasi dairələri dərindən qıcıqlandırır. Avropa Parlamenti (AP) tərəfindən oktyabrın 24-də “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnamənin qəbulu da COP29 ərəfəsində anti-Azərbaycan dairələrin fəallaşmasının göstəricisidir.

Avropa Parlamentinin Avropanın problemlərini kənara qoyaraq, ölkəmizə qarşı hücuma keçməsi bir daha bu qurumun erməni lobbisinin əlində alətə çevrilməsindən xəbər verir. Təsadüfi deyil ki, Ermənistanın Azərbaycana təcavüzü, 30 il torpaqlarımızın işğal altında qalması, bu müddətdə ərazilərimizin talan edilməsi, vandallığa məruz qalması, tarixi, dini və mədəni abidələrinin dağıdılması və ya erməniləşdirilməsi, Xocalı, Qaradağlı, Başlıbel soyqırımılarının törədilməsi, bütövlükdə, ermənilərin Azərbaycan ərazilərində törətdikləri insanlıq əleyhinə cinayətləri və vəhşiliklər bir dəfə də olsun Avropa Parlamenti tərəfindən qınağa məruz qalmayıb.

Lakin dəfələrlə Avropa Parlamenti Azərbaycanın əleyhinə qətnamələr və digər sənədlər qəbul edib. Bəzən bir il ərzində ölkəmizlə bağlı böhtanla dolu bir neçə qətnamə qəbul olunub. Xüsusən Azərbaycan beynəlxalq tədbirlər ərəfəsində olanda və ya hansısa uğura imza atanda Avropa Parlamenti tərəfindən ölkəmiz əleyhinə qərəzli sənədlərin qəbulu daha intensiv xarakter alıb.

Avropa Parlamentində Azərbaycan əleyhinə qəbul olunmuş sonuncu qətnaməni ətraflı şəkildə təhlil etdikdə biz burada da çoxsaylı qərəzli və böhtan xarakterli müddəaları görürük. Azərbaycan Avropa Parlamentinin üzvü deyil. Ona görə ölkəmiz üzvü olmadığı hər hansı təşkilatın qəbul etdiyi sənədlərə görə öhdəlik daşımır. Bu təşkilatın ölkəmizə qarşı şər və böhtan kampaniyasına tutarlı cavablar həmişə vaxtında verilib. Xüsusən Prezident İlham Əliyevin müdrik siyasəti, o cümlədən beynəlxalq təşkilatlarda Azərbaycanın artan nüfuzu nəticəsində Avropa Parlamentində ölkəmizin əleyhinə aparılan qarayaxma kampaniyasına qarşı həmişə kifayət qədər dəlillərə söykənən və əsaslandırılmış mövqe nümayiş etdirilib.

Avropa Parlamenti və Avropa İttifaqı əslində bir siyasi mərkəzin təmsilçiləri olsalar da, burada üzv dövlətlərin hər birinin ayrıca marağı və mövqeyi var. Həmin böhtan dolu qətnamənin qəbulu zamanı Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə edən deputatlar oldu. Onlar bu sənədin əleyhinə səs veriblər.



Avropa Parlamentinin hazırda 700 nəfərdən çox üzvü var. Oktyabrın 24-də sözügedən qətnamənin Avropa Parlamentində müzakirəsi zamanı layihə müəllifləri onun sadə səs çoxluğu ilə qəbul edilməsinə nail olsalar da, səsvermənin göstəricisinə əsasən, buna yekdilliyə nail ola bilməyiblər. Belə ki, Avroparlamentin 120 nəfər üzvü Azərbaycan əleyhinə olan layihəni dəstəkləməyib. Başqa cür desək, heç də bütün deputatlar qətnamənin lehinə səs verməyiblər. O cümlədən dost və tərəfdaşımız olan Avropa İttifaqı (Aİ) dövlətlərinin təmsilçiləri böhtan dolu qətnaməyə əleyhinə səs veriblər. Bitərəf qalanlar da öz mövqeləri ilə əslində anti-Azərbaycan qrupa qarşı çıxıblar.

Bu cür qətnamələr qəbul edilməsinin səbəbi sadəcə AP-də Fransa və Almaniya kimi dövlətləri təmsil edən deputatların sayının çox olmasıdır. AP-nin qaydalarına əsasən deputatlar Avropa İttifaqına üzv dövlətlərin əhalisinin sayına nisbətdə seçilirlər. Bir ölkədən seçilən deputatların sayı maksimum 96 nəfər ola bilər. Əhalisi az olan Aİ üzvləri isə minimum 6 deputatla təmsil oluna bilərlər. Azərbaycana qarşı müzakirə olunan sənədlərə həmişə bir qayda olaraq Avropada erməni lobbisi ilə sıx əlaqəsi olan Fransa, Niderland, Belçika kimi dövlətlərin, o cümlədən Almaniyanın təmsilçiləri səs verirlər. Eyni zamanda, islamofob, antitürk mövqedə dayanan dövlətlərin təmsilçiləri də belə sənədləri dəstəkləyirlər.

Avropa Parlamenti 27 dövləti birləşdirir. Bu 27 dövlətin arasında Azərbaycanla sıx əməkdaşlığı olanlar da var. Bu baxımdan, birincisi, Avropa Parlamentində qəbul edilən bu qətnamədə irəli sürülən müddəaları hansısa formada reallaşdırılması və onların Aİ-nın toplantılarında dəstəklənməsi mümkün deyil. İkincisi, Azərbaycan bu cür təzyiqlər və sanksiya çağırışları ilə ilk dəfə üzləşmir. Ona görə də Azərbaycan Prezidentinin apardığı qətiyyətli siyasət və bizim haqlı mövqeyimiz bütün hallarda anti-Azərbaycan dairələrin bu cür cəhdlərinin puça çıxdığını söyləməyə əsas verir.

Azərbaycana qarşı COP29 ərəfəsində məkrli çağırışların olması, bu cür qərəzli sənədlərin qəbulu bizi öz yolumuzdan döndərə bilməz. Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli diplomatiya Azərbaycan əleyhinə olan bütün məkrli və riyakar çağırışların qarşısında etibarlı və sarsılmaz sipərdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi