xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Nəsimi Nəsibov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır

Bugün, 10:59 3 dəfə baxılıb

Nəsimi Nəsibov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır


ALLAH tərəfindən ucalanları bəndə alçada bilməz.

Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibov adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir.

Nəsimi Nəsibovun hər bir rəhbər şəxsə əsl nümunə, görk olan yüksək məziyyətlərindən danışmaqla onun portretinin cizgilərini cızmaq belə mümkün deyil. Bir də sözümüzü tərsə başa düşməyələr. O portreti cızılacaq adam kimsənin xəyalından belə “inanan daşa dönsün” fikri o böyük ürək sahibinə qarşı çox böyük hörmətsizlik olardı.

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Nəsimi Nəsibov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Xezerinformasiya.com-ın əməkdaslarının araşdırması nəticəsində şəhər sakinləri haqqında sorğu keçirdik. Bir ağızla dedilər: Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibov ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır

Son günlər bəzi internet saytlarında Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Keçmiş bisnesmen Masallı Regional meşə idarəsinin rəisi Nəsimi Nəsibovun meşələri məhv etdirirək yeni biznes yaradıb." başlıqlı yazı yazaraq gözdən salmağa çalışırlar. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Nəsimi Nəsibov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.

Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibov - Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Əsrlərlə yaşayacaq bir həqiqət var. Zəfər tariximizin, şanlı Qələbəmizin əsas memarı Ali Baş Komandan İlham Əliyevdir. Məhz cənab İlham Əliyevin bir Lider kimi peşəkarlığı, uzaqgörənliyi və çevik manevr qabiliyyəti xalqımızın apardığı bu müqəddəs mübarizənin möhtəşəm Qələbə ilə başa çatmasını təmin etdi.

2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi və digər tarixi ərazilərdə Dövlət Bayrağımızın ucaldılması münasibəti ilə xalqa müraciət etdi. Hər bir Azərbaycan vətəndaşı kimi əminəm ki, Azərbaycan Bayrağı o torpaqlarda sonsuza kimi dalğalanacaq, əbədi olaraq xalqımıza sevinc və qürur hissi bəxş edəcək. Xankəndidə şanlı bayrağımızın dalğalanması isə tarixin bütün dönəmlərində verilən şəhid qanının alınması qədər qürurverici və sevinclidir.

Dövlətimizin başçısı Xankəndi şəhərinin tarixi adını özünə qaytardı, ölkəmizin suverenliyini tam təmin etdi. Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq bütövləşdi. Bu baxımdan deyə bilərik ki, ən yeni tariximizdə parlaq bir səhifə açıldı. Cənab İlham Əliyev çıxışında böyük iftixarla demişdir: “Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır. Bu gün vaxtilə - hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir”.

Prezident İlham Əliyevin Xankəndi şəhərində etdiyi çıxış, Azərbaycan xalqına ünvanladığı müraciət olduqca qürurverici məqamdır. Dövlət başçısı bu çıxışında Qarabağda separatçı hərəkatın genişləndirilməsi, Ermənistanın işğalçılıq siyasətinə zəmin hazırlanması üçün istifadə olunmuş mexanizmlər barədə məlumat verdi. Bu prosesə stimul vermiş daxili və xarici düşmənlərin kimliyini tanıtdı. 1990-cı illərdə Ermənistanın arxasında dayanıb onu Azərbaycan torpaqlarını işğal etməyə cəsarətləndirən dövlətlərin bu gün də ölkəmizlə düşmənçilik, rəsmi İrəvanla dostluq etdikləri vurğulanıb. Azərbaycan Prezidentinin Xankəndidəki nitqi bütövlükdə bu cür tezislərlə zəngindir. Eyni zamanda, bu çıxış xalqımıza dostu ilə düşmənini fərqləndirə bilmək üçün istiqamət verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi