xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Gözəl insan, Xeyriyyəçi qardaşımız Hacı Namiq

13-01-2023, 01:12 53 dəfə baxılıb

ALLAH tərəfindən ucalanları bəndə alçada bilməz.

Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında Hacı Namiq adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir.

Hacı Namiqin hər bir rəhbər şəxsə əsl nümunə, görk olan yüksək məziyyətlərindən danışmaqla onun portretinin cizgilərini cızmaq belə mümkün deyil. Bir də sözümüzü tərsə başa düşməyələr. O portreti cızılacaq adam kimsənin xəyalından belə “inanan daşa dönsün” fikri o böyük ürək sahibinə qarşı çox böyük hörmətsizlik olardı.

Hacı Namiq qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Hacı Namiq səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Hacı Namiqə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Bəzi internet saytlarında Hacı Namiq ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Hacı Namiq haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.

Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Hacı Namiq - Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə vərərək bildirdi ki, biz indi bir neçə ölkə ilə enerji sahəsində danışıqlara başlamışıq. O ölkələr ki, əvvəllər bizim tərəfdaşlarımız deyildi. Rusiya-Ukrayna müharibəsinə qədər nəzərdə tutulmuş bütün layihələr demək olar ki, plan üzrə gedirdi. Hər il Bakıda keçirilən “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasında artıq Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin də uğurla başa çatması ilə bağlı fikir mübadiləsi aparılırdı. Ancaq gələn ay keçiriləcək növbəti “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasında yeni mövzular müzakirə olunacaq və iştirak edən ölkələrin sayı da artacaq. Məsələn, biz hesab edirdik ki, TANAP layihəsinin başa çatması faktiki olaraq bu sahədə bizim əsas işlərimizin də başa çatması deməkdir.

Bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Enerji qaynaqlarının əhəmiyyəti artır və sürətlə böyüyən dünya iqtisadiyyatı bu qaynaqlara əvvəlkindən daha çox ehtiyac duyur. Artıq strateji enerji mənbələri qlobal geosiyasi vəziyyətə təsir edən amillərdən birinə çevrilib. Bunun təbii bir nəticəsi olaraq zəngin enerji qaynaqlarına sahib olan ölkələr iqtisadiyyat və geosiyasi baxımdan əsas mövqedədirlər. Enerji təhlükəsizliyi enerji istehlakı üçün təbii resursların mövcudluğu və ölkənin milli təhlükəsizliyi arasında əlaqə növüdür. Təsadüfi deyil ki, Azərbaycan Avropanın etibarlı enerji təchizatçılarından birinə çevrilib. Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişdirir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələrinin Avropanın enerji xəritəsini tamamilə dəyişdirdiyi göz önündədir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir. Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoqu mövcuddur. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir.Cənub Qaz Dəhlizi Aİ-nin, xüsusən də Cənub-Şərqi Avropanın təbii qaz təchizatında mühüm rol oynayır. Aİ və Azərbaycan eyni zamanda, təmiz enerji və enerji səmərəliliyi üzrə uzunmüddətli tərəfdaşlıq qurmaq üçün birlikdə işləyirlər. Ümumi bir qiymətləndirmə etsək, enerji təhlükəsizliyi konsepsiyasının enerji ixrac edən və enerji idxal edən dövlətlər üçün fərqli məna daşıdığını görürük. Enerji ehtiyatlarına sahib olan və istehsal edən ölkələr iqtisadi inkişafını təmin etmək üçün tələb müxtəlifliyini axtararkən, daha çox enerji istehlakçısı olan idxalçı ölkələr tədarük müxtəlifliyini izləyirlər.

Bütün bu görüşlər növbəti dəfə Azərbaycanla Aİ arasında münasibətlərin yüksək səviyyəsini təsdiq edir. Bütün bunlar Azərbaycanın dünya üçün, o cümlədən Avropa üçün necə böyük önəm kəsb etdiyini, Prezidentimizin beynəlxalq aləmdə necə yüksək etimad qazana bildiyini göstərir. Azərbaycan tədricən Avropa İttifaqının neft və qaz təchizatçısından daha çox etibarlı bərpaolunan enerji təchizatçısına çevriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi