xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:25 – İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar 
  • 15:05 – Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib 
  • 14:53 – “Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq” 
  • 10:21 – İlham Əliyev: "Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir" 

Həsən Həsənov: Müqəddəs amallar uğrunda

7-09-2024, 13:58 5 dəfə baxılıb

Həsən Həsənov: Müqəddəs amallar uğrunda



Şəkinin küçə və prospektlərində əsaslı təmir işləri aparılır



Şəki şəhərinin Heydər Əliyev, M.Ə.Rəsulzadə, İstiqlaliyyat, Azərbaycan, M.F.Axundzadə prospektlərində, N.Nərimanov və digər 6 böyük küçəsində əsaslı təmir işlərinə başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, hazırda şəhərin Aydın Məmmədov küçəsində yolun asfalt örtüyü və səkilər yenilənib, küçənin xətlənməsi işləri aparılacaq.

Heydər Əliyev prospektində asfaltlanma işləri aparılıb, yaxın günlərdə yekun üz qatı salınacaqdır. Rasim Ocaqov küçəsində də asfalt örtüyünün təmiri işləri aparılır, səkilərin bərpası başa çatmaq üzrədir, bu küçədə də asfalt örtüyünün yekun üz qatının salınması nəzərdə tutulur.

Eyni zamanda, Sabit Rəhman küçəsində də yolun qalan hissəsinin təmiri işləri aparılır. Şəhərin M.F.Axundzadə prospektinin aşağı hissəsində köhnə asfalt qatının götürülməsi işlərinə başlanılıb, səkilərin bir hissəsi bərpa edilib. M.Ə.Rəsulzadə prospektində Olimpiya dairəsindən yuxarıya doğru yolun təmiri işlərinə başlanılıb.

Qeyd olunan küçə və prospektlərdə asfaltlanma, səkilərin bərpası işləri ilə yanaşı suötürücü kanalların dərinləşdirilməsi və yenilənməsi işləri aparılır. Aparılan işlərin bir hissəsinin cari ilin sonunadək, qalan işlərin isə gələn il yekunlaşması nəzərdə tutulur.








Şəki şəhər İcra Hakimiyyətinin başçının birinci müavini Həsən Həsənov - Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. İllər keçdikcə Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının böyüklüyü daha aydın görünür, fəaliyyətinin hər istiqaməti bir tədqiqat mövzusu kimi diqqətdə olur.

Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər mühüm yer tutur. Həmin dövr Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Naxçıvan dövrü kimi adlandırıla bilər. Məhz həmin illər onun böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu. 1991-ci ilin 3 sentyabr tarixi Azərbaycan xalqının və dövlətinin taleyində həyati əhəmiyyət kəsb edən günlərdən biri kimi tarixə düşdü. Həmin gün Azərbaycan xalqının xilaskar oğlu, Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçildi. Bu hadisə müasir Azərbaycanın müstəqillik yollunda atılan ən mühüm və əlamətdar addım idi. Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi müasir, müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Ulu Öndər Heydər Əliyevin gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Naxçıvan Muxtar Respublikasının qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.


Qeyd etmək yerinə düşər ki, Ümummilli Lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində fəaliyyəti dövründə milli dövlətçilik ənənələrimizin bərpası istiqamətində xüsusi əhəmiyyətə malik olan işlər görüb. Belə ki, həmin dövrdə milliləşdirmə siyasətini uğurla həyata keçirən Ümummilli Liderin səyləri ilə Muxtar Respublikanın dövlət rəmzləri bərpa olundu. Naxçıvan Ali Məclisinin I sessiyasında milli bayraq məsələsi ilə əlaqədar iki bəndlik qərar qəbul olundu və ilk dəfə olaraq üçrəngli dövlət bayrağımız qaldırıldı.

Ulu Öndər Heydər Əliyevin yüksək siyasi iradəsi və cəsarəti sayəsində SSRİ-nin mövcud olduğu bir dövrdə Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, Sovet ordusunun Naxçıvan Muxtar Respublikası ərazisindən çıxarılması haqqında qərar qəbul edildi və icra olundu. İlk dəfə 1990-cı il 20 Yanvar hadisələrinə siyasi və hüquqi qiymət verildi. 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə tarixi qərar qəbul olundu.


Bütün bunlarla yanaşı, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü, eyni zamanda, aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi.

1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır. Həmin dövrdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada nüfuzlu dövlətə çevrildi.

Beləliklə, Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir, müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi