xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Suraxanıda yol-nəqliyyat sahəsində yenidənqurma davam etdirilir - Fotolar

17-06-2020, 12:57 143 dəfə baxılıb

Suraxanıda yol-nəqliyyat sahəsində yenidənqurma davam etdirilir - Fotolar


Əmircan qəsəbəsində 4 kilometr uzunluğunda olan Səttar Bəhlulzadə, Balandin, Park, Elxan Həsənov, Malik Mustafayev, Atamoğlan Rzayev küçələrini birləşdirən yolda asfaltlanma işləri davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, hazırda sözügedən yolun Malik Mustafayev küçəsindən 10-cu dairəyədək olan hissəsində asfalt örtüyünün 2-ci qatı vurulur. Yol boyu bordur düzülərək piyadalar üçün yeni səkilər qurulub.

Qeyd edək ki, son 8 ayda Suraxanı rayonunun ərazisində nəqliyyatın rahat və maneəsiz hərəkətinin tənzimlənməsi, əhalinin gediş-gəlişinin asanlaşdırılması üçün Qaraçuxur qəsəbəsində Məktəb, Fərman Kərimzadə, Cəlal Qurbanov, Zaur Şərifov, Rafiq Alıcanov, Yusif Eyvazov, Nizami İsmayılov, Etibar Bəkirli, Abbas Fətullayev, İlqar Musayev, Samir Cəfərov küçələri, Yeni Günəşli “V”, “D” yaşayış sahələri, Babək prospektindən Yeni Günəşli yaşayış sahəsinə gedən yolda, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov və Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçələrinin kəsişməsi, Əmircan qəsəbəsində Balandin, Park, Elxan Həsənov, Səttar Bəhlulzadə, Atamoğlan Rzayev, Əlisöbət Sumbatzadə, Nəriman Nərimanov, Tahir Bağırov, Mədən, İlham Şükürov, Oktay Əliyev, Tofiq Bayram, Cabir Əliyev, Cəfər Cabbarlı, Bülbülə qəsəbəsində İlqar Məmmədov, Ramiz Qarayev, 1-ci Bülbülə, Şərq, Samir Əliyev küçələri, Hövsan qəsəbəsində Südçülük və Donuzkökəltmə sovxozu adlandırılan yaşayış sahələri, Oqtay Şabanov, Elman Qasımov, Dənizkənarı, İbiş Məmmədov, Məktəbli, Mirzə Şəfi Vazeh küçələri, Məktəbli küçəsindən qəbiristanlığa gedən yolda, Binə sovxozunda Məscidə gedən yolda, Yeni Suraxanı qəsəbəsində 14 İyul, Aşağı qəsəbə, Yuxarı mədən, Göl, Telman Nərimanov küçələri olmaqla ümumilikdə 482 000 kv.m asfalt örtüyü vurulmuş, həmçinin çala təmiri işləri yerinə yetirilib. Aparılan abadlıq işləri çərçivəsində işıqlandırılması olmayan ərazilərdə küçə işıqlarının quraşdırılması işləri də davam etdirilir.

Suraxanıda yol-nəqliyyat sahəsində yenidənqurma davam etdirilir - FotolarSuraxanıda yol-nəqliyyat sahəsində yenidənqurma davam etdirilir - FotolarSuraxanıda yol-nəqliyyat sahəsində yenidənqurma davam etdirilir - FotolarSuraxanıda yol-nəqliyyat sahəsində yenidənqurma davam etdirilir - FotolarSuraxanıda yol-nəqliyyat sahəsində yenidənqurma davam etdirilir - Fotolar






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi