xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 
  • 09:44 – İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar 
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:50 – Prezidentlə xanımı Qırğızıstandadır - Fotolar - YENİLƏNİB 

Ağdam Rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir

25-05-2024, 13:38 10 dəfə baxılıb

Ağdam Rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov Ağdamda vətəndaşları qəbul edib



Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov Ağdam Rayon Heydər Əliyev Mərkəzində Ağdam, Ağcabədi və Laçın rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə tər gül dəstələri düzərək, ruhuna ehtiramlarını ifadə etmişlər.








Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bir qrup Gülablı kənd sakinini qəbul edib



Ağdam Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bir qrup Gülablı kənd sakinini qəbul edib. Kənd sakinləri işğaldan azad olunmuş Gülablı kəndində yerləşən qəbiristanlığın təmizlənməsi, vəfat edən kənd sakinlərinin həmin qəbiristanlığda dəfn edilməsi, kənddə dəfn olunan şəhidlərin ildönümü zamanı onların ziyarət olunmasının təşkili, kənddə mövcud olan kəhrizlərin bərpa olunması və kəndin işğaldan əvvəl yerləşdiyi ərazidə tikilməsinə köməklik olunması ilə bağlı RİH başçısına müraciət ediblər. RİH başçısı Vaqif Həsənov onların müraciəti ilə əlaqədar aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını sakinlərə bildirib. Görüşün sonunda qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.





Ağdam Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib



Ağdam Rayon İcra Hakimiyyətində RİH başçısı Vaqif Həsənov vətəndaşları qəbul edib. Qəbul zamanı vətəndaşların problemləri ayrı-ayrılıqda dinlənilib, bir sıra məsələlər yerində həll olunub və digərlərinin həlli məqsədilə isə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək nəzarətə götürülmüşdür.






Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Üçoğlan kəndindən “Eşq-Abdal” ziyarətgahına gedən hissəsində əsaslı təmir işləri aparılır



Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Üçoğlan kəndindən “Eşq-Abdal” ziyarətgahına gedən hissəsində əsaslı təmir işləri aparılır. Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov təmir işləri ilə yerində tanış olmuş, icraçılara müvafiq tövsiyələrini vermişdir. Qeyd edək ki, uzunluğu 2.5 km məsafə olan yolda hamarlama və bərkidilmə işləri yekunlaşdıqdan sonra asfalt örtüyü döşənəcəkdir.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi