xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:55 – İlham Əliyev Bakı Olimpiya Stadionunda - FOTOLAR 
  • 15:13 – “Bir dənə güllə atsaq, onların dabanları parlayacaq” - Prezident 
  • 15:05 – Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib 
  • 14:53 – “Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq” 

Zəfərlərin ilk müjdəsi

5-04-2024, 10:42 2 dəfə baxılıb

Zəfərlərin ilk müjdəsi


Ağstafa RİH başçısı Seymur Orucov Gürcüstan respublikası ilə həmsərhəd olan Sadıqlı kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib



Müvafiq qrafikə uyğun olaraq Sadıqlı kənd tam orta məktəb binasında təşkil olunan vətəndaş qəbulunda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının məsul şəxsləri, aidiyyəti təşkilatların nümayəndələri və kənd sakinləri iştirak ediblər.

RİH başçısı çıxışında Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi naminə yürütdüyü daxili və xarici siyasətdən, respublikamızın dinamik sosial-iqtisadi inkişafından, hərbi qüdrətindən söz açaraq bildirib ki, hər bir yaşayış məntəqəsini əhatə edən vətəndaşların səyyar qəbullarının təşkili yerlərdə həlli vacib məsələlərin dərindən öyrənilərək operativ həllinə nail olmağa, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edir.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alınaraq nəzarətə götürülüb. Hər məsələnin həlli istiqamətində aidiyyəti üzrə məsul şəxslərə müvafiq tövsiyə və konkret tapşırıqlar verilib.






Ağstafa RİH başçısı Seymur Orucov - Azərbaycan Ordusunun möhtəşəm zəfərlərindən olan Aprel döyüşlərindən 8 il ötür. Bu döyüşlər Azərbaycanın şanlı Ordusunun tarixinə qızıl hərflərlə yazılan zəfər səlnaməsidir. Qalibiyyət bayrağını başı üzərində dalğalandıran Vətənimizin mərd oğulları xalqımızın qəhrəmanlıq, sərkərdəlik tarixini keçən zamanlardan üzü bəri belə şərəflə yaşadıb, bu gün də yaşadır, sabah da yaşadacaqlar.


Ordu ərazi bütövlüyümüzü qoruyan hərbi qüvvədirsə, onu yenilməz edən əsgər və zabitlərimizin gücü, iradə möhkəmliyi, qorxmazlığı, döyüş bacarığıdır. Bütün bunların tarixi köklərimizə və milli-mənəvi dəyərlərimizə bağlılığın, sədaqətin nəticəsi olduğu dəfələrlə təsdiqlənib. Tariximizə Aprel döyüşləri kimi yazılan qələbə isə bir daha Azərbaycan Ordusunun gücünü nəinki düşmənə, bütün dünyaya nümayiş etdirdi. Aprel döyüşləri hər zaman xalqımızın qəhrəmanlıq səhifəsinə qürurla yazılacaq və qürurla xatırlanacaq bir tarixdir.

Aprel döyüşləri həm də, Ordumuzun gücünün, xalqla ordunun birliyinin, gənclərimizin vətənpərvərliyinin göstəricisi kimi tarixə düşdü. Aprel qələbəsi bir daha sübut etdi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Aprel döyüşləri nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndləri istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Lələtəpə yüksəkliyinin və onun ətrafındakı strateji baxımdan mühüm əhəmiyyət daşıyan ərazilərin azad edilməsi ilə Ordumuz geniş əraziyə nəzarət etmək imkanı qazandı. Qısa müddətdə bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mühəndis-istehkam məntəqələri quruldu. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Dörd günlük müharibədə 320-dən artıq düşmən hərbçisi məhv edildi. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı. Azərbaycan Ordusu Ağdərə, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanını qazandı. Aprel döyüşləri nəticəsində azad etdiyimiz yüksəkliklər İkinci Qarabağ müharibəsində Ordumuzun uğurlu əməliyyatlar həyata keçirməsi üçün əlverişli imkanlar yaratdı.


Aprel döyüşləri həm də 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərimizin ilk müjdəsi oldu. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti dəfə müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərini atəşə tutması artıq dövlətimizin, xalqımızın səbr kasasını daşırdı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atmaqla nəyi nə zaman etməyi bildiyini bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi. Prezident İlham Əliyev Azərbaycana qarşı 7 şərt irəli sürən Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısında bir şərt qoydu – işğal edilmiş torpaqlarımızı tərk etmək! Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi dövründə, xüsusilə müqəddəs savaşın başlandığı sentyabrın 27-də xalqa müraciətində erməniləri torpaqlarımızdan iti qovan kimi qovacağımızı bildirdi və qətiyyətli mövqeyi ilə bu vədini gerçəkləşdirdi. Azərbaycanın üçrəngli bayrağının işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminlik ifadə edildi və bu əminlik gerçəkliyə çevrildi.


44 gün ərzində Silahlı Qüvvələrimiz 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Sonrakı mərhələdə isə Ermənistan kapitulyasiya aktına imza atdı, Ağdam, Kəlbəcər və Laçın rayonları qan tökülmədən geri alındı. Ötən ilin sentyabrında isə rəşadətli ordumuzun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində erməni separatizminə son qoyuldu. Bununla da, Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Bu zəfərlərin ilk müjdəçisi isə Aprel döyüşləridir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi