xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:18 – İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib 
  • 15:25 – İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar 
  • 15:13 – “Bir dənə güllə atsaq, onların dabanları parlayacaq” - Prezident 
  • 15:05 – Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib 

Azərbaycan uğurunun müəllifi

12-03-2024, 11:16 7 dəfə baxılıb

Azərbaycan uğurunun müəllifi


Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə çatmaq üçün yorulmaq bilmədən çalışan insandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Rafil Hüseynovun həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.

Rafil Hüseynov çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Salmanbəyli kəndində keçirilmişdir



Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu tapşırıq və vəzifələr Ağcabədi Rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsasını təşkil edir.
Belə ki, dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsinə dair ölkə Prezidentinin tapşırıq və göstərişlərinə uyğun olaraq 2024-cü ilin fevral ayının 28-də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Salmanbəyli kəndində sakinlərlə növbəti görüşü keçirilib. Səyyar görüşdə rayon icra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri və məsul işçiləri, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, ziyalılar, kənd sakinləri, fermerlər və media nümayəndələri iştirak ediblər.
Qəbuldan əvvəl Salmanbəyli kənd tam orta məktəbinin həyətində birinci Qarabağ müharibəsi şəhidi Əlfi Məmmədovun büstü ziyarət olunub, önünə çiçək dəstələri düzülərək, xatirəsi ehtiramla anılıb.
Sonra məktəbin akt zalında keçirilən görüşdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Vətən müharibəsində əldə olunan qələbədən, işğaldan azad olunan ərazilərdə, həmçinin rayonda həyata keçirilən ifrastruktur layihələrdən, qısa müddət ərzində görülən işlərdən və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. İcra başçısı Rafil Hüseynov bütün bunlarla yanaşı rayonun kənd və qəsəbələrində, o cümlədən Salmanbəyli kəndində əhalinin artımı ilə əlaqədar müəyyən problemlərin, xüsüsən işsizliyin, suvarma suyunda çətinliklərin yarandığını, onların dövlət strukturlarının daim diqqət mərkəzində saxlanıldığını, araşdırıldığını və həlli istiqamətində addımların atıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, hazırda kənd təsərrüfatı sahəsinə, xüsusən pambıq məhsullarının istehsalına önəm verildiyini və bu sahənin daha mənfəətli olduğunu bildirib.
Səyyar qəbulda çıxış edən kənd ağsaqqalı Heydər Məmmədov 7 fevralda keçirilmiş Prezident seçkilərinə toxunaraq, əvvəllər uzun müddət seçki məntəqəsinin sədri olduğunu indiyədək bu qədər əhalinin mütəşəkkil şəkildə seçkilərdə iştirak etmədiyini bildirərək, hazıkı seçkilərdə xalqın bir mənalı olaraq Ali Baş Komandana, qalib sərkərdəyə səs verdiklərini qeyd edib, həmçinin kəndin sosial məsələlərinin həllində görülən işlərə, habelə kənd yolunun əsaslı təmirinə və asfalt örtüyünün çəkilməsinə görə kənd sakinləri adından ölkə Prezidentinə və rayon rəhbərinə minnətdarlıq edib. Kənd sakini Kamil Orucov Vətən müharibəsində əldə olunan qələbədən qürur hissi keçirdiyini bildirərək, antiterror əməliyyatı zamanı şəhid olmuş Tüncay Əlizadənin atasının müalicəsini, kənd sakinləri Şahin Bayramov, Firudin Əliyev suvarma suyu sahəsində müəyyən işlərin görüldüyünü qeyd edərək, əkin sahələrinin suvarılmasına xidmət edən su nasosunun daimi işlək vəziyyətdə olmasını, kənd sakini İsa Zeynalov kənddə içməli su proleminin olduğunu bildirərək, 2 ədəd içməli su artezianın vurulmasını, kənd sakini Arif Sofiyev kənd ərazisində olan 10 minlik elektrik dirəklərinin bərbad və təhlükəli vəziyyətdə olduğunu, həmçinin kənd ərazisində kabelləşmənin vacibliyini bildiriblər və məsələ ilə bağlı müvafiq köməklik göstərilməsini xahiş ediblər.
Yekunda icra başçısı Rafil Hüseynov kənd sakinləri tərəfindən qaldırılan hər bir məsələyə münasibət bildirib, qanunvericilik qaydaları və mövcud vəziyyət nəzərə alınmaqla həlli mümkün məsələlərlə bağlı aidiyyəti qurumlara tapşırıq və tövsiyələrini verib.













Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov - Bu gün Azərbaycanda ulu öndər Heydər Əliyev irsi və Prezident İlham Əliyev missiyası şərəflə, fədakarlıqla davam etdirilir və nəticəsi misilsiz nailiyyətlər olan alternativsiz siyasi kursla müşayiət olunur. Bütün yüksək nailiyyətlər Lider-Xalq birliyinin nəticəsi olaraq qazanılan daxili gücün hesabına əldə olunub və ölkəmiz demokratiya yolu ilə inamla irəliləyir. Aparılan genişmiqyaslı islahatlar indiki şəraitdə Azərbaycanın müqavimət gücünü artıran və ölkəmizin qarşısında yeni inkişaf perspektivləri açan fundamental faktorlar qismində çıxış edir. İqtisadi, sosial, siyasi və digər sahələrdə aparılan islahatlar Azərbaycanın dinamik inkişafını təmin edir. Eyni zamanda 2020-ci ildə yeni tərkibdə formalaşmış parlament də qanunvericilik sahəsində islahatların aparılmasına böyük töhfələr verməkdədir.


Prezident İlham Əliyevin 2020-ci ilin martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında geniş və konseptual xarakterli çıxış edərək, ölkədə parlament seçkilərinin demokratik, şəffaf və müasir standartlara uyğun keçirildiyini, səsvermənin nəticələrinin Azərbaycan xalqının iradəsini əks etdirdiyini, formalaşan Milli Məclisin çoxpartiyalı məclis olduğunu bildirməsi, parlamentin gələcək fəaliyyəti ilə bağlı çox mühüm mesajlar verərək söylədiyi fikirlər, eyni zamanda Milli Məclisdə islahatlar, parlamentdə baş verən dəyişiklərlə bağlı apardığı təhlillər Azərbaycan ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmaqla yanaşı öz müsbət nəticələrini verməkdədir. Dövlət başçısının parlamentdə çıxışı zamanı qaldırdığı məsələlər sırasında xüsusilə çoxpartiyalılığın Azərbaycan siyasi sisteminin inkişafında yeri və rolu ilə bağlı məqamı vurğulaması xüsusilə təqdirəlayiqdir. Ölkə Prezidentinin yeni məqama toxunaraq millət vəkillərinin qəbul olunan qanunların yerlərdə icrasına nəzarət funksiyası yerinə yetirməli olduqlarını da söyləməsi parlament üçün yeni vəzifə, yeni səlahiyyət oldu və bu da qanunvericiliyin icrasına və vətəndaş məmnunluğuna hədəflənmişdir. Ümumilikdə götürəndə yeni tərkibli Milli Məclis islahatçı, yenilikçi parlament kimi fəaliyyət göstərir. Azərbaycan Parlamenti konkret sahələrin inkişafına xidmət edən müasir qanunvericilik təşəbbüsü ilə çıxış edir.

Həqiqətən də bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində Azərbaycanda çoxpartiyalı parlament formalaşmışdır və bu, demokratiyanın inkişafında önəmli addımdır. Təbiidir ki, Parlamentdə yerlərin əksəriyyətini qazanan Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir. Müstəqil Azərbaycan parlamentinin tarixində ilk dəfə olaraq parlamentin sədri qadın seçilmişdir. İlk dəfə olaraq parlament rəhbərliyi çoxpartiyalılıq prinsipi əsasında formalaşmışdır. Milli Məclisin rəhbərliyində həm bitərəflər, həm də azlıqda olan partiyaların nümayəndələri təmsil olunurlar.

Bu bir həqiqətdir ki, ayrı-ayrı partiyaların nümayəndələrinin Milli Məclisin rəhbərliyi və komitələrində təmsil olunması siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətlərin sağlam zəmində inkişaf etdirilməsi məqsədini daşıyır.

Bəli, Azərbaycan heç kimdən asılılığı olmayan, bütün məsələlərdə prinsipial mövqe nümayiş etdirən, öz müqəddəratını sərbəst həll etməyə qadir olan ölkədir və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinə alternativ yoxdur. Azərbaycan bu gün inkişafın yeni dövrünü yaşayır. Hər dövrün özünəməxsus tələbləri var. 7 fevral növbədənkənar prezident seçkilərinin keçirilməsi də yeni dövrün mühüm tələblərindən biri oldu. 2018-ci ilin prezident, 2020-ci ilin növbədənkənar parlament seçkiləri ölkəmizin qarşısında yeni imkanlar açan islahatları zərurətə çevirdi ki, bu gün onların fonunda əldə edilən uğurlar Azərbaycanın reallıqlarında aydın ifadəsini tapır.


Bu gün böyük qürur hisssi ilə qeyd edirik ki, üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda, Şuşada, Xocalıda, Xankəndində dalğalanır. Qədirbilən xalqımız Heydər Əliyev irsinin və Prezident İlham Əliyev missiyasının şərəflə davam etdirilməsinin xöş təəssüratları və uğurlu nəticələri ilə yaşayır.

Hər zaman verilən vədin, irəli sürülən təşəbbüslərin gerçəkliyə çevrildiyinin şahidi olan xalqımız əmindir ki, yeni tərkibdə və yeni müstəvidə uğurla fəaliyyət göstərən Milli Məclis işini dövlətçiliyimizin, müstəqilliyimizin qorunması istiqamətində qurur və bundan sonra da, xüsusilə Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən islahatlar kursuna uyğun işini qurmaqda davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi