xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:18 – İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib 
  • 15:25 – İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar 
  • 15:13 – “Bir dənə güllə atsaq, onların dabanları parlayacaq” - Prezident 
  • 15:05 – Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib 

Ramsin Abdullayev: Böyük Qayıdışın tərkib hissələrindən...

26-02-2024, 14:12 42 dəfə baxılıb

Ramsin Abdullayev: Böyük Qayıdışın tərkib hissələrindən...


Bəzi internet saytlarında Bakı Kommunal Təsərrüfatı İdarəsinin rəisi Ramsin Abdullayev ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Ramsin Abdullayev haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Bakı Kommunal Təsərrüfatı İdarəsinin rəisi Ramsin Abdullayev - Tarix unudulmur, tarix yaşadılır. Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra Azərbaycanda gedən ədalətsiz müharibənin ağrı-acıları da yaşadılır. İllərlə gənclər hərbi xidmətə döyüş əzmi ilə gedib, onlar da torpaq­la­rı­mı­zın işğaldan azad edilməsi uğrunda döyüşənlərin sırasında olmaq istəyib. Ermənistan işğalçı dövlət kimi Azərbaycanın ərazisində neçə-neçə faciə törətdi. Dünya ictimaiyyəti bu faciələrə ciddi müna­si­bət bildirmədi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində qətliam törətdi, yüzlərlə insan qətlə yetirildi, yaralandı, əsir aparıldı...

2020-ci ilin senytabr-noyabr aylarında gedən döyüşlərdə - Vətən müharibəsində Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Kəlbəcər, Laçın rayonları işğaldan azad edildi. 2023-cü ilin 20 sentyabrında Əsgəran,Ağdərə, Xocalı rayonları, Xankəndi şəhəri işğaldan azad olundu.

Azərbaycn Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xo­ca­lıda Azərbaycan Bayrağını qaldırdı. Bu, Xocalıya qayıdışın əlaməti kimi tarixləşdi...

1992-ci ildən üzü bu yana Xocalı faciəsi Xocalıdan uzaqlarda anılırdı. Anım tədbirləri ayrı-ayrı şəhərlərdə, rayonlarda, bəşəri dövlətlərdə keçirilirdi. Bu il Xocalı faciəsi günü Xocalıda anıldı. Azərbaycan Respublikasınını Prezidenti İlham Əliyev fevralın 26-da Xocalıda xocalı­ların əhatəsində Xocalı faciəsinin 32-ci ildönümü tədbirində çıxış etdi. Bu çıxış 32 il ərzində Xo­calı faciəsinə dövlətin hansı səviyyədə duyğusal münasibəti olduğunun təsdiqidir.

Anım tədbirində cənab İlham Əliyev dedi: “Sizin kimi mən də inanırdım və bilirdim, biz bu­raya qayıdacağıq. Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləş­dir­mək üçün memorial kompleks yaradılacaq. Otuz iki ildən sonra – o qarlı faciədən sonra biz Azər­bay­canın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladı kimi yaşayırıq, qururuq, bərpa edirik”. Bu, qürurdur, Azərbaycanın tarixə gerçək hərbi və siyasi təsiridir. Bu kəlamlarda faciəyə təəssüf də var, təsəlli də. Xocalı faciəsi təkcə yaddaşlarda yaşadılmır, həm də tarixin nişanəsi olacaq memorial kompleks formatında da yaşadılacaq. Ölkə başçısının “Biz Xocalı­sız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük ya­ralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik. Beş ay əvvəl antiterror əməliyyatı nəti­cəsində Xocalı daxil olmaq şərtilə, bütün o vaxt digər ərazilər – hansılar ki, işğal altında idi və separatçılar orada at oynadırdılar, - azad edildi. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı. Biz Xocalıda böyük abadlıq işlərinə də start vermişik” fikirləri də tarixi bir anti-bəşəri hadisəyə - işğalçı dövlətin törətdiyi böyük faciəyə Azərbaycan dövlətinin ciddi cavabı kimi qəbul edildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında qeyd etdi ki, sentyabrın 20-də öz suverenliyimizi tam bərpa edəndən sonra dərhal göstəriş verildi ki, ilk növbədə, Xocalıda xocalıların evləri bərpa edilsin. Bu da Böyük Qayıdışın tərkib hissələrindəndir...

Fevralın 26-da Xocalıda Xocalı memorial kpmpleksin bünövrəsi qoyuldu...

İşğaldan azad edilmiş ərazilər yenidən qurulur. Azərbaycan dövləti İkinci Qarabağ müharibəsində, lokal xarakterli antiterror tədbirlərində qazandığı hərbi qələbələri quruculuq işləri ilə tamamlayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi