xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Ramsin Abdullayev barədə şər-böhtan, əsassız, qeyri-obyektiv yazanlara TUTARLI CAVAB - Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyi

27-07-2020, 11:01 1 236 dəfə baxılıb

Ramsin Abdullayev barədə şər-böhtan, əsassız, qeyri-obyektiv yazanlara TUTARLI CAVAB - Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyi


Azərbaycanda hal-hazırda minlərlə xəbər saytları, portallar, informasiya agentlikləri fəaliyyət göstərir.

Bunların məqsədi ölkədə və ölkə xaricində baş verənləri ictimaiyyətə çatdırmaqdır. Lakin bütün xəbər saytları, onların təsisçiləri və əməkdaşları heç də bu məqsədə xidmət etmir. Bəziləri öz şəxsi maraqlarını hər şeydən üstün tuturlar. Bu məqsədə çatmaq üçün tənqidlə təhqiri bilərəkdən qarışdırıb, vəzifəli şəxslərin işgüzar nüfuzuna xələl gətirirlər. Təbii ki, hamı pul qazanmaq, evini çörəklə təmin etmək istəyir. Amma kimsə şər-böhtan, şantaj və təhqir yolu ilə harama gedirsə, bu uzun çəkmir. Bunları elə-belə yazmadım. Bəzi “jurnalistlər” var ki, qapı-qapı düşüb dövlət idarələrində məmurları şantaj edərək pul dilənməklə məşğul olurlar. Belə olan halda peşəsini və dövlətini sevən əsil jurnalistlər isə normal fəaliyyət göstərə bilmirlər.

Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Ramsin Abdullayev barədə şər-böhtan, əsassız, qeyri-obyektiv, maddiyata hərisliklə, sifariş əsasında çox cizmaqaralar “işıq üzü” görüb. Əslində o yazılar müəllifin və sayt rəhbərliyinin daxili aləminə hakim kəsilən zülmətin təzahürü olub. Onların çoxuna da cavab verilməyib. Bir jurnalist kimi, elimi-obamı, Vətənimi bütün varlığımla sevən bir vətəndaş kimi şər toplusu müəlliflərinə cavab vermişəm. Bəzi saytlarda gedən “ Arif Qasımovun qanunsuz əməllərində Ramsin Abdullayevin görünməyən izləri, Daha bir məmurun həbsi baş tuta bilər... » başlıqlı həqiqətdən uzaq yazıları görəndə istədim ki, ona cavabı özüm yazam.

Demək belə, yeni-yeni fəaliyyətə başlayan bəzi saytlar Ramsin Abdullayevə rəml atmaq istəyir. Kimin vasitəsilə, o da bizə yaxşı məlumdur. Saytların rəhbərləri kimə xidmət etdiyi, kimin sifarişini yerinə yetirdiyi, ədalətli iş adamlarına, icra strukturlarının rəhbərlərinə tor qurmaq üçün kimlərlə iş birliyinə getməsi də diqqətimizdən kənarda deyil.

Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Ramsin Abdullayev - Nizami rayonunda məişət tullantılarının yığılması, çeşidlənməsi və emalı işləri uğurla icra olunur. Rayonun ərazisində 3589 min kvadratmetr sahə Nizami rayon mənzil kommunal təsərrüfatı birliyi, 678,1 min kvadratmetr sahə 1 nömrəli xüsusi təyinatlı mənzil kommunal təsərrüfatı birliyi, 373 min kvadratmetr sahə isə 3 nömrəli xüsusi təyinatlı mənzil kommunal təsərrüfatı birliyi tərəfindən təmizlənir. Bundan əlavə, üç yaşayış binasının yerləşdiyi 0,8 min kvadratmetr ərazi “Xəzərdənizgəmiçilik” Qapalı Səhmdar Cəmiyyətinin sosial inkişaf idarəsi mənzil kommunal təsərrüfatının 2 nömrəli mənzil istismar sahəsi, iki binanın yerləşdiyi 0,6 min kvadratmetr ərazi Müdafiə Nazirliyinin mənzil istismar idarəsinin 1 nömrəli evlər idarəsi, 71 yaşayış binasının yerləşdiyi ərazinin 28,4 min kvadratmetr sahəsinə isə mənzil tikinti kooperativləri tərəfindən xidmət göstərilir. Gün ərzində rayon ərazisindəki prospektlər dörd dəfə, yollar üç dəfə, məhəllədaxili küçələr iki dəfə yığışdırılır. Əlavə olaraq şənbə və bazar günləri rayon ərazisində iməciliklər təşkil olunur, yol kənarlarındakı yaşıllıq zolaqları tullantılardan və alaq otlarından təmizlənərək daşınır.

Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Ramsin Abdullayevdir.

Ramsin Abdullayev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Ramsin Abdullayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Ramsin Abdullayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Ramsin Abdullayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Ramsin Abdullayevdən danışdılar yaxşı ki, Ramsin Abdullayev Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi təyin olunub… Ramsin Abdullayev öz isguzarlığı ilə tanınır və seçilir….

Ramsin Abdullayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Ramsin Abdullayevi heç vaxt əqidəsindən döndərə bilməz.

Ramsin Abdullayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Ramsin Abdullayev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Ramsin Abdullayev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Ramsin Abdullayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Ramsin Abdullayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Ramsin Abdullayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Ramsin Abdullayev özünü doğruldub. Bizdə hörmətli Ramsin Abdullayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi