xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:18 – İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib 
  • 15:25 – İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar 
  • 15:13 – “Bir dənə güllə atsaq, onların dabanları parlayacaq” - Prezident 
  • 15:05 – Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib 

"Günay Bank"ın rəhbəri Mahmud Məmmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır

8-02-2024, 15:08 18 dəfə baxılıb

"Günay Bank"ın rəhbəri Mahmud Məmmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - "Günay Bank"ın rəhbəri Mahmud Məmmədov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Bəzi internet saytlarında "Günay Bank"ın rəhbəri Mahmud Məmmədov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Mahmud Məmmədov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi "Günay Bank"ın rəhbəri Mahmud Məmmədovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan "Günay Bank"ın rəhbəri Mahmud Məmmədov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Mahmud Məmmədov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

"Günay Bank"ın rəhbəri Mahmud Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Mahmud Məmmədovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Mahmud Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "Günay Bank"ın rəhbəri Mahmud Məmmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

"Günay Bank"ın rəhbəri Mahmud Məmmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Mahmud Məmmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Mahmud Məmmədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Mahmud Məmmədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Mahmud Məmmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Mahmud Məmmədov özünü doğruldub. Bizdə hörmətli Mahmud Məmmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

"Günay Bank"ın rəhbəri Mahmud Məmmədov - Seçkilər ilk dəfə Respublikanın bütün ərazilərində keçirildi. 1923-cü ildən Azərbaycanın üzərindən asılan "Domokl qılıncı" üzərimizdən birdəfəlik götürüldü. “Ötən gün - fevralın 7-də ölkəmizdə tarixi bir gün yaşandı. Müdrik xalqımız Azərbaycanın dövlətçilik tarixinə öz şanlı möhürünü vurdu. Hamılıqla, həmrəyliklə hər kəs seçki məntəqələrinə üz tutaraq öz tarixi seçimini etdi. Cənab Prezidnetin Xankəndidə səs verməsi bütün dünyaya, xüsusən də ermənilərin havadarlarına bir mesaj idi. Xankəndidə səs verməklə cənab İlham Əliyev bir daha dünyaya bildirdi ki, bura Azərbaycan torpağıdır və kimsə göz dikə bilməz. Biz azad etdiyimiz torpaqlarda demokratik, azad, şəfaf seçki keçiririk. Burada istənilən xalqın nümayəndəsi yaşayıb demokratik prosesin iştirakçısı ola bilər.Azərbaycan xalqı bu dəfə də inkişafa, tərəqqiyə, sabitliyə, əmin-amanlığa səs verərək kamil, müdrik bir xalq olduğunu bir daha göstərdi. Seçki günü vətəndaşlarımızın fəallığı mənə 2020-ci ilin 27 sentyabr tarixini xatırlatdı. Həmin vaxt insanlarımız yaşından asılı olmayaraq, dəstə-dəstə hərbi komissarlıqlara necə üz tuturdularsa, seçki məntəqələrinə də o cür istəklə, həvəslə gedirdilər. Baxın, budur Azərbaycan xalqının uğurlarının, qələbələrinin, misilsiz nailiyyətlərinin sirri - birlik və həmrəylik. Seçkilərin nəticələri göstərir ki, vətəndaşlarımız öz xoşbəxt gələcəyini, firavan həyatını, dövlətimizin daha da inkişafını, eləcə də dövlətçiliyimizin qorunmasını, müstəqilliyimizin möhkəmlənməsini cənab İlham Heydər oğlu Əliyevin ölkəyə rəhbərliyinin davamında görürlər. Xalqımızın bu qənaətə, təbii ki, ölkəmizin son 20 ildə qazandığı uğurları, Heydər Əliyev siyasi kursunun effektiv nəticələrini görərək gəlib”.

Növbədənkənar prezident seçkiləri bir sıra məqamları və əhəmiyyəti ilə şanlı tariximizə həkk oldu: “Biz 30 ildən sonra ilk dəfə olaraq ərazi bütövlüyümüz tam təmin edilmiş şəkildə seçki keçirdik və bu seçki bütün ölkə ərazisini əhatə etdi. Keçmiş məcburi köçkün bacı və qardaşlarımız öz yurdlarında seçici olaraq səsverməyə qatıldılar. Bununla da biz ərazi bütövlüyümüzü və suverenliyimizi bir daha təsdiq edərək bütün dünyaya nümayiş etdirdik. Həm də qalib, müzəffər xalq olaraq, alnı açıq, üzü ağ. Odur ki, bu seçkilər Zəfər seçkisi olaraq tariximizdə əbədi qalacaq. Qeyd edim ki, seçki kampaniyası başlayandan prosesin sonunadək bütün işlər qanun çərçivəsində, demokratik prinsiplər üzərində quruldu, yeddi namizədin hər birinə bərabər imkanlar yaradıldı. Beynəlxalq və yerli müşahidəçilərin apardıqları monitorinqlərin, keçirilən “exit-poll”arın nəticələri də seçkilərin obyektiv, demokratik keçirildiyini təsdiqlədi. Bu, Azərbaycanda dərin köklərə malik demokratiyanın təzahürüdür”.

Artıq xalqımızın və dövlətimizin həyatında yeni parlaq bir dövr başlayır: “Cənab İlham Əliyevin ölkəmizə növbəti yeddi ildə rəhbərliyi ilə bizi ötən 20 ildə əldə edilmiş nailiyyətlərin davamı ilə yanaşı, fəth ediləcək daha uca zirvələr, böyük hədəflər gözləyir. Bu, indikindən də qüdrətli, bütün sahələr üzrə hərtərəfli inkişaf etmiş, güclü iqtisadiyyata sahib müstəqil Azərbaycan olacaq. İlham Əliyev cənabları nadir tarixi şəxsiyyətlərdəndir ki, xalqına verdiyi bütün vədləri tam şəkildə və vaxtında yerinə yetirib. O, dövlətimizi ağır sınaqlardan, mürəkkəb proseslərdən üzüağ çıxarıb, dünyanı bürüyən və ağır fəsadlar törədən dərin böhranları ölkəmizə buraxmayıb. Vaxtı ilə haqqı tapdanan, səsi eşidilməyən, hərbi təcavüzə məruz qalan, torpaqları işğal edilən Azərbaycan bu gün regionun lideri, dünyanın strateji əhəmiyyətli ölkəsidir. Odur ki, xalqımızın daha xoşbəxt, səadət dolu günləri, dövlətimizin ən əzəmətli, güclü illəri hələ qarşıdadır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi