Şuşa rayon əhalisi ilə səyyar görüş-qəbullar davam edir
13-09-2023, 13:15
44 dəfə baxılıb
Bəzi internet saytlarında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Bayram Səfərov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.
Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Şuşa rayon əhalisi ilə növbəti səyyar görüş-qəbul keçirilmişdir.
Bu gün uğurla aparılan sosial siyasət kursu və görülən işlər bir daha təsdiq edir ki, dövlət hər zaman vətəndaşının yanındadır. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsi ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təşkil olunması üçün istifadə edilsin, o cümlədən də qayğıya ehtiyacı olan bütün insanlar diqqət mərkəzində saxlanılsın. Prezidentimiz cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, hazırlanmış qrafik əsasında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov rayon əhalisinin məskunlaşdığı ərazilərdə səyyar görüşlər keçirir, əhalimizi narahat edən problemləri öyrənmək, onlara həssaslıqla yanaşmaq və operativ şəkildə həllinə nail olmaq üçün zəruri tədbirlər görür. RİH başçısı rayon əhalisi ilə növbəti səyyar görüşünü 08.09.2023 - cü il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 296 saylı tam orta məktəbdə keçirmişdir. Tədbirdə çıxış edən RİH baçşısı Bayram Səfərov respublikada əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlar, “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda aparılan abadlıq-quruculuq işləri, sahibkarlığın inkişafı, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə görüş iştirakçılarına ətraflı məlumat vermişdir. Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənilmiş, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Görüş sakinlər tərəfindən razılıqla qarşılanmış, əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri də yüksək qiymətləndirən sakinlər Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsi ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təşkil olunması üçün istifadə edilsin, o cümlədən də qayğıya ehtiyacı olan bütün insanlar diqqət mərkəzində saxlanılsın.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR