xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:18 – İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib 
  • 15:25 – İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar 
  • 15:13 – “Bir dənə güllə atsaq, onların dabanları parlayacaq” - Prezident 
  • 15:05 – Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib 

Ramil İsmayılov: Bu seçkidə xalqın seçimi sözsüz ki, birdir və xalq öz Prezidentinə, cənab İlham Əliyevə inanır və əlbəttə onun namizədliyi hamılıqla irəli sürüləcək və bir nəfər kimi hamı öz Ali Baş Komandanına, rəhbərinə səs verəcəkdir

20-12-2023, 13:02 29 dəfə baxılıb

Ramil İsmayılov: Bu seçkidə xalqın seçimi sözsüz ki, birdir və xalq öz Prezidentinə, cənab İlham Əliyevə inanır və əlbəttə onun namizədliyi hamılıqla irəli sürüləcək və bir nəfər kimi hamı öz Ali Baş Komandanına, rəhbərinə səs verəcəkdir


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Quba RİHB aparatının Hüquq şöbəsinin müdiri Ramil İsmayılov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Quba RİHB aparatının Hüquq şöbəsinin müdiri Ramil İsmayılov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Ramil İsmayılovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Ramil İsmayılov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Quba RİHB aparatının Hüquq şöbəsinin müdiri Ramil İsmayılova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Quba RİHB aparatının Hüquq şöbəsinin müdiri Ramil İsmayılov - Yeni Azərbaycan Partiyası İdarə Heyətinin dekabrın 15-də keçirilmiş genişləndirilmiş iclasında Yeni Azərbaycan Partiyasının Sədri İlham Heydər oğlu Əliyevin 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Yeni Azərbaycan Partiyasından namizəd irəli sürülməsi haqqında yekdilliklə qərar qəbul olunması tarixi bir qərardır. Həm Yeni Azərbaycan Partiyası, həm də bütün Azərbaycan xalqı 2024-cü il prezident seçkilərində özünün yeganə namizədi kimi cənab İlham Əliyevi görür.
Ramil İsmayılov: Bu seçkidə xalqın seçimi sözsüz ki, birdir və xalq öz Prezidentinə, cənab İlham Əliyevə inanır və əlbəttə onun namizədliyi hamılıqla irəli sürüləcək və bir nəfər kimi hamı öz Ali Baş Komandanına, rəhbərinə səs verəcəkdir

Ötən 20 il ərzində nəinki Azərbaycan xalqı, eləcə də bütün dünya şanlı tarix yazan, bütün vədlərini yerinə yetirən, dövlətini qüdrətli edən, bölgənin taleyini müsbət yöndə dəyişdirən və yeni reallıqlar yaradan bir ölkə başçısının yüksək intellekti, əzmi və cəsarətinə, güclü siyasi qətiyyəti və iradəsinə, böyük uzaqgörənliyinə, zəngin idarəçilik təcrübəsi və məharətinə şahidlik etdi. Prezident İlham Əliyev 2003-cü ildən Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmiz dinamik inkişaf yolu keçdi, iqtisadiyyatımız sürətlə inkişaf etdi, bu illər ərzində beynəlxalq səviyyədə dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən dövləti imicini qazandı və ən əsası suverenliyimiz və ərazi bütövlüyümüz bərpa edildi.
Ramil İsmayılov: Bu seçkidə xalqın seçimi sözsüz ki, birdir və xalq öz Prezidentinə, cənab İlham Əliyevə inanır və əlbəttə onun namizədliyi hamılıqla irəli sürüləcək və bir nəfər kimi hamı öz Ali Baş Komandanına, rəhbərinə səs verəcəkdir

Cənab İlham Əliyev Prezident seçilən gündən xalqın taleyini öz taleyinə çevirdi. “Ölkənin ən dəyərli sərvəti onun vətəndaşlarıdır” deyən Prezident hakimiyyətdə olduğu dövrdə hamımızın doğmasıdır. O, xalqını, xalq da onu qorudu, ona inandı. O, bu sevgisi ilə təkcə kiçik ölkəsini böyütmədi, bu kiçik ölkənin vətəndaşlarını da ucaltdı. Azərbaycanın qazandığı misilsiz uğurların təməlində də məhz xalq-iqtidar birliyi dayandı. Prezidentin bölgələrə səfərləri zamanı insanlarla görüşləri, onlarla səmimi ünsiyyəti, hər birini təmkinlə dinləməsi, problemlərini məhz onların özlərindən öyrənməsi, yerindəcə tapşırıqlar verməsi, ilk növbədə xalqa olan hörmətin sübutudur. Bu etimadın təməlində isə qarşılıqlı hörmət qərarlaşıb. Tariximizə ən parlaq Qələbəni də o yazdı, torpaqlarımızı işğaldan azad edərək xalqın 30 illik həsrətinə son qoydu. Bu 44 günlük Vətən müharibəsi Azərbaycan Prezidentinin həm də elə ali keyfiyyətlərini üzə çıxardı ki, dünya onu heyrətlə izlədi. Ölkəsinə qazandırdığı qalibiyyət Vətən, yurd, xalq, insan sevgisinin zirvə nöqtəsi idi. O, müharibə dövründə dünyaya təkcə qalib sərkərdə, Müzəffər Ali Baş Komandan, qətiyyətli siyasətçi, adil dövlət başçısı, mahir diplomat kimi görünmədi. Dünya, onu həm də hər zaman xalqını düşünən, onun qayğıları ilə yaşayan nümunəvi lider kimi tanıdı. O, ən həssas dönəmdə də xalqının qarşısına çıxdı, ən sevincli xəbəri özü çatdırdı insanlara.
Ramil İsmayılov: Bu seçkidə xalqın seçimi sözsüz ki, birdir və xalq öz Prezidentinə, cənab İlham Əliyevə inanır və əlbəttə onun namizədliyi hamılıqla irəli sürüləcək və bir nəfər kimi hamı öz Ali Baş Komandanına, rəhbərinə səs verəcəkdir

Bu münasibət qəti şəkildə Azərbaycan vətəndaşlarının 2024-cü il prezident seçkilərində İlham Əliyevin namizədliyinin yenidən irəli sürülməsi ilə əlaqədar mövqeyini formalaşdırıb. Növbədənkənar seçkilərin keçirilməsi sözsüz ki, Azərbaycana yeni dividentlər qazandıracaq. Bu seçkidə xalqın seçimi sözsüz ki, birdir və xalq öz Prezidentinə, cənab İlham Əliyevə inanır və əlbəttə onun namizədliyi hamılıqla irəli sürüləcək və bir nəfər kimi hamı öz Ali Baş Komandanına, rəhbərinə səs verəcəkdir. Hər bir Azərbaycan vətəndaşı buna əmindir. Nəinki Azərbaycan vətəndaşları, dünyanın bir çox ölkələri, türk dünyası bu gün cənab İlham Əliyevə böyük ümidlər bəsləyir, Azərbaycanın gələcəyinə inanır. Ölkənin suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunduğu bir vaxtda bütün ərazilərdə baş tutacaq prezident seçkiləri dünyaya Azərbaycan xalqının siyasi iradəsini nümayiş etdirməklə həm də ölkəmizin prezidentinə, Ali Baş Komandan İlham Əliyevə bir daha böyük etimadın, hörmət və məhəbbətin göstəricisi olacaqdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi