12:18 – İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
15:25 – İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar
15:13 – “Bir dənə güllə atsaq, onların dabanları parlayacaq” - Prezident
15:05 – Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib
Ramil Yusifov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
5-12-2023, 15:08
240 dəfə baxılıb
Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - "Azərişıq" ASC sədrinin müavini Ramil Yusifov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan "Azərişıq" ASC sədrinin müavini Ramil Yusifov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Ramil Yusifov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
"Azərişıq" ASC sədrinin müavini Ramil Yusifov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Ramil Yusifovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Ramil Yusifov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "Azərişıq" ASC sədrinin müavini Ramil Yusifova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
"Azərişıq" ASC sədrinin müavini Ramil Yusifov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Ramil Yusifov bu işin müqəddəsliyini qoruyub saxlayır. Ramil Yusifov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Ramil Yusifov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Ramil Yusifov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Ramil Yusifov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Ramil Yusifov özünü doğruldub. Bizdə hörmətli Ramil Yusifovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
"Azərişıq" ASC 3 il Kəlbəcərdə
44 günlük vətən müharibəsi zamanı azad olunan rayonlarımız arasında coğrafi quruluşuna görə ən çətin relyefə malik olanı Kəlbəcərdir. Ali baş komandan İlham Əliyevin düzgün siyasətinin nəticəsi olaraq Azərbaycan ordusu Kəlbəcərə döyüşsüz daxil oldu. 10 noyabr - üçtərəfli bəyannaməyə əsasən Ermənistan noyabrın 25-də Kəlbəcəri təhvil verdi.
Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərinə start verdi. 18 iyul 2020-ci il tarixində Kəkbəcər şəhəri elektrik enerjisi ilə təmin edildi. İlkin mərhələdə rayon ərazisindəki hərbi hissələr, xüsusi dövlət əhəmiyyətli obyektlərə işıq verildi.
Kəlbəcər elektrik enerjisində mənbə kimi Gəncədə yerləşən “Gəncə-2” yarımstansiyasından Daşkəsənə 110 kV-luq elektrik veriliş xətti, həmçinin Kəlbəcərdə bir neçə istiqamətdə 110 kV və 35 kV-luq elektrik xətləri çəkilib. Ümumilikdə rayon ərazisində çox sayda KTM quraşdırılıb.
2022-ci il 26 iyun tarixində Cənab Prezident İlham Əliyev Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib. Ən müasir avadanlıqlarla təchiz edilən mərkəzdə tamamlama işləri görülür. Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzi gələcəkdə rayonun dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasında mühüm rol oynayacaq.
Eyni zamanda İstisu ərazisində “İstisu” 110-35 kv-luq yarımstansiyasının tikintisinə başlanılıb. Görülən işlərin yekununda Kəlbəcərlə Laçın rayonlarının elektrik şəbəkələrini biləşdirən dairəvi elektrik təchizat sxemi yaradılacaq.
Xüsusən bildirək ki, Alagöllər ərazisini çətin relyef, yüksəlik və keçilməz yollar səbəbi ilə Sovet hökuməti belə zamanında elektrik enerjisi ilə təmin edə bilməyib. Bu gün adı çəkilən ərazilərdə Azərbaycan işığı yanır.
Eyni zamanda Zar, Zəylik, İstisu, Ağqaya, Mərcimək və Yellicə istiqamətində işlər yekunlaşmaq üzrədir. Qeyd edilən kəndlərə elektrik enerjisini daşıyan yeni dayaqlar basdırılır, müasir tipli, izolyasiyalı kabel xətləri çəkilir. Bu növ izoliyasiyalı kabel xətləri həm ekoloji cəhətdən əlverişli və təhlükəsizdir, həm də enerji itkisini minimuma endirir.
Həmçinin yüksək dağlıq ərazilərdə kəskin hava şəraitində açıq naqillərdə buzlaşma və meşə zolağından keçən hissədə ağac budağının toxunması nəticəsində açılmalar olur. Belə qəzaların aradan qaldırılması kifayət qədər vaxt tələb edir. İzolyasiyalı kabellərdə isə bu növ problemlər yaranmır. Üstəlik açıq kabellərdə mühafizə sonası 30 metr olmalıdır. Xətlərin onlarla kilometr uzunluğunda çəkildiyini nəzərə alsaq nə qədər boş torpaq sahəsi itkisi olduğunu təsəvvür etmək çətin deyil. İzolyasiyalı kabellərdə isə mühafizə zonası cəmi 4-6 metrdir. Bu da qəza baş verəcəyi halda texnikaların işləyə bilməsi üçün nəzərdə tutulub.
Dövlət başçısı İlham Əliyevin tapşırıqları əsasında “Azərişıq” ASC Kəlbəcərdə bu gün də işləri davam etdirir.
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Şabranda vətəndaşları qəbul edib
Cənab Prezident İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov noyabrın 24-ü saat 10:00-da Şabranda Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən baş tutub.
Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Şabran rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub və əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.
Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
“Azərişıq” ASC Laçında yenidənqurma işlərini davam etdirir
Tarixi torpaqlarımızın işğaldan azad olunmasından sonra yenidən qurulmasında “Azərişıq” ASC üzərinə düşən vəzifəni böyük həvəs və məsuliyyətlə yerinə yetirir. Cənab Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən aparılan yenidənqurma işləri çərçivəsində digər rayonlarımız kimi Laçında da böyük ölçüdə işlər görülüb. Hazırda Cağazur, Qorçu və Qaragöl istiqamətində elektrik şəbəkələri yenilənir.
Ümumilikdə görülən digər işlərlə yanaşı Laçın şəhəri daxilində yeraltı xətlərin çəkilişi davam edir. Eyni zamanda Şəlvə, Qaragöl, Zağazur və Minkənd istiqamətinə çəkilən 35 kv-luq hava xətti də tamamlanmaq üzrədir.
Qeyd edək ki, “Azərişıq” ASC elektrik təsərrüfatının yenidən qrurulması ilə bağlı işləri ölkənin bütün regionlarında paralel olaraq davam etdirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: