xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

ff

13-07-2013, 10:35 18 dəfə baxılıb

GDU-NUN ƏMƏKDAŞLARI TACİKİSTANDA BEYNƏLXALQ ELMİ SEMİNARDA İŞTİRAK EDİBLƏR

ff

Gəncə Dövlət Universitetinin əməkdaşları Tacikistan Respublikasının Düşənbə şəhərində keçirilən “Biomüxtəlifliyin öyrənilməsi” adlı beynəlxalq elmi seminarda iştirak ediblər.

Müxtəlif ölkələrdən 40-a yaxın alimin iştirak etdiyi tədbirin keçirilməsində məqsəd bioloji müxtəlifliyə dair müasir tədqiqatları bölüşmək və bu istiqamətdə problemləri müzakirə etmək olub.

Tacikistan Elmlər Akademiyasının prezidenti, akademik Farhod Rahimi çıxışında qarşılıqlı elmi mübadilələrə hər zaman hazır olduqlarını vurğulayıb.

Seminarda Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, biologiya elmlər doktoru, professor Sevda Əhmədova “İşğaldan azad olunmuş Qarabağın ekoloji durumu”, Anatomiya, Fiziologiya və Zoologiya kafedrasının əməkdaşları, aqrar elmlər üzrə fəlsəfə doktorları Güləbatın Hümbətova ,,Gəncə-Qazax zonasında ekoloji mühitin gilas sortlarının inkişafına təsiri” və Lalə Abdullayeva ,,Azərbaycanın ekoloji şəraitində tut yarpağının yetişməsinin tut ipəkqurdunun bəslənməsinə təsiri” mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbirdə professor Sevda Əhmədova ermənilər tərəfindən Qarabağ bölgəsində meşə sahələrinin, flora və faunanın məhv edilməsi, su resurslarının çirkləndirilməsi, təbii sərvətlərin qeyri-qanuni istismar olunmasından ətraflı bəhs edib və mövzuya uyğun videoslaydlar nümayiş olunub.

Beynəlxalq seminar çərçivəsində GDU-nun nümayəndə heyəti Düşənbə şəhərinin zəngin kitabxanasında olub, həmçinin Botanika bağına, “Kondara” Varzob dağlıq-botaniki stansiyasına, “Siyekux” yüksək dağlıq bioloji stansiyasına ekspedisiyaya gediblər. Əməkdaşlarımız həmin ərazilərin florası ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Seminarın yekununda Tacikistan Elmlər Akademiyasının prezidenti, akademik Farhod Rahimi tərəfindən tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.

ff
ff
ff






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi