xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 
  • 12:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 

Ayaz Cəfərov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!

22-10-2022, 12:27 174 dəfə baxılıb

Ayaz Cəfərov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!




Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Lerik Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Ayaz Cəfərovdur.

Lerik Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Ayaz Cəfərov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Ayaz Cəfərov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Lerik Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Ayaz Cəfərova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Lerik Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Ayaz Cəfərov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Lerik Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Ayaz Cəfərov - Milli Lider Heydər Əliyevin ordu quruculuğu prosesində Daxili İşlər Nazirliyi sisteminin əsas struktur qurumlarından olan Daxili Qoşunların təkmilləşməsinə böyük önəm verdiyini, məhz onun xüsusi diqqət və qayğısı ilə formalaşıb inkişaf edib.
Bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ali diqqət və qayğısının, tələb və göstərişlərinin nəticəsi olaraq, Daxili Qoşunlar qarşısına qoyulan istənilən döyüş tapşırığını yüksək keyfiyyətlə yerinə yetirməyə qadirdir. Müzəffər Ali Baş Komandanın əmri ilə düşmən həmlələrinə qarşı keçirilən “Dəmir yumruq” əks-hücum əməliyyatlarında hərbi qulluqçularımız bunu bir daha təsdiq etdi. İki ildən artıq müddətdə dünyanın, o cümlədən Azərbaycanın, son yüz ilin ən böyük qlobal çağırışlarından biri ilə üzləşdiyini, bəşəriyyətin COVID-19 virusuna qarşı mübarizə apardığını, xüsusi karantin rejimində yaşadığımızı, bu müddətdə polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının gücləndirilmiş iş variantında xidmət apardığını, insanların həyati problemlərinin həllinə kömək edib. Ölkə rəhbərinin Daxili Qoşunların müxtəlif tədbirlərində iştirakı, eləcə də Qoşunların xidməti fəaliyyətinə verdiyi yüksək qiymət, haqqında söylədiyi dəyərli fikirlər, verdiyi tövsiyələr hər zaman fəaliyyət proqramı kimi qəbul olunmaqla şəxsi heyəti daha böyük uğurlara ruhlandırır. Məhz Ali Baş Komandanın əvəzsiz dəstəyi sayəsində Daxili Qoşunların maddi-texniki bazasının, kazarma-yaşayış fondunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, hərbi hissələr ən yüksək beynəlxalq standartlara uyğun texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edilib.

Daxili Qoşunlar 27 ildir ki, Türkiyənin Jandarma Qüvvələri Baş Komandanlığı ilə sıx əməkdaşlıq edir. Bu illər ərzində Jandarm Qüvvələrinin yardımı ilə Qoşunlarda xidməti-döyüş fəaliyyəti və kadr hazırlığı işi müasir tələblərə uyğun qurulub. Nazir V.Eyvazov əldə edilmiş uğurlarda danılmaz roluna, təmənnasız yardımlarına görə dost və qardaş dövlətin Jandarma Qüvvələri Baş Komandanlığının rəhbərliyinə, hərbi mütəxəssislərinə təşəkkürünü bildirib.
Möhtəşəm qələbəmizlə nəticələnmiş Vətən müharibəsi günlərində şəxsi heyətin ölkədə hərbi vəziyyət rejimini etibarlı təmin etməsini, bu gün isə işğaldan azad olunmuş ərazilərdə öz şərəfli xidmətini peşəkarlıqla davam etdirməsini vurğulayan nazir Vilayət Eyvazov Qoşunların hərbi qulluqçularının bundan sonra da vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarıqlarını əsirgəməyəcəklərinə, asayişin və daxili təhlükəsizliyin keşiyində qətiyyətlə dayanacaqlarına əminliyini ifadə edib.

Ölkəmizin tarixində çox əlamətdar hadisə olan Zəngilan Beynəlxalq Hava Limanının açılışı məhz rayonun işğaldan azad olunmasının ikinci ilinin tamamında baş tutdu. Vətən müharibəsinin ilk saatlarından Azərbaycanın yanında olduğunu bəyan edən qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın hava limanının açılışında iştirak etməsi ölkələrimizin birliyinin və qardaşlığının təntənəsdir.

Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimindən sonra Cəbrayıl şəhərində dövlət başçılarının mətbuata verdikləri birgə bəyanat zamanı Prezident İlham Əliyev bildirdi ki, Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır. Ölkəmizin inamlı qələbəsinə diqqət çəkən Prezident İlham Əliyev iki il öncə Zəngilan azad olunduqdan bir neçə gün sonra Qubadlının erməni işğalından azad edildiyini və Azərbaycan Ordusunun bir qruplaşmasının Laçın, digər qruplaşmasının isə Şuşaya istiqamətləndiyini xatırlatdı. Noyabrın 8-də alınmaz qala sayılan Şuşa erməni işğalından azad edilmiş, Azərbaycan Bayrağı qaldırılmış və ondan sonra Ermənistan təslim olmuşdu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bu şanlı tarixi Azərbaycan və Türkiyənin müştərək tarixi olduğunu qeyd etdi. Qardaş Türkiyənin ölkəmizə siyasi və mənəvi dəstəyi savaşın son gününə qədər davam etdi. Türkiyə-Azərbaycan birliyi bu gün isə bərpa edilən Qarabağ və Zəngəzurda yenə də görünür. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Ölkə başçısı İlham Əliyev bildirdi ki, inşaat və yol çəkilişi işlərində Türkiyə şirkətləri bizimlə bərabər çalışır. Qısa müddət ərzində Türkiyə şirkətləri tərəfindən böyük işlər görülüb. Avtomobil və dəmir yolları çəkilir, ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel, habelə ümumi uzunluğu 12 kilometr olan 84 körpü tikiləcək. Bu işlərin bir qisminin artıq inşa edildiyini bildirən Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlərin görüləcəyini bildirdi. Bölgənin ilk özəl sərmayəsi olan “Dost Aqropark”ı da xüsuisilə qeyd olundu.

Mətbuata bəyanatında ölkə başçısı erməni vandalizminin miqyası haqqında danışarkən vurğuladı ki, işğal dövründə ermənilər bütün şəhərlərimizi, kəndlərimizi yerlə bir etmişlər. Yalnız dağılmış binalar qalıb. Bu dağıntılar Birinci Qarabağ savaşında deyil, məhz işğal dövründə ermənilər tərəfindən törədilmişdir. Bunun əsas məqsədi ondan ibarət idi ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar, qayıtmağa yer olmasın. Lakin ermənilərin düşündüyü kimi olmadı, artıq ərazilərimiz işğaldan azad olunub və bütün keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar. Keçmiş qaçqınların qayıdışı üçün dövlətimiz hər nə lazımdırsa edir, gecə-gündüz davamlı olaraq həyata keçirilən bərpa-quruculuq işlərində türk şirkətləri də yaxından iştirak edirlər.

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın Zəngilan və Cəbrayıla səfərini, hava limanının açılışında iştirakını Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsi adlandırdı. Azərbaycanın qardaş Türkiyə kimi qüdrətli dostunun olması ölkəmiz üçün böyük xoşbəxtlikdir. Bu birlik İkinci Qarabağ savaşı zamanı bəzi qüvvələrin müdaxiləsinin qabağını aldı və savaşdan sonrakı dövr Türkiyə-Azərbaycan birliyini daha da gücləndirdi. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxdı. Şuşa Bəyannaməsinin imzalanması bunu sübut edən ən əsas amildir. Məhz Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycanı rəsmən müttəfiq oldular. Bütün sahələrdə müttəfiq olan Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir.

Prezident İlham Əliyev qardaş Türkiyənin son illər böyük uğurlu yol keçərək dünya çapında güc mərkəzinə çevrildiyinə diqqət çəkdi. Türkiyədəki sabitlik, inkişaf göz qabağındadır. Bu gün dünyanın bir çox ölkələrində böhran yaşanır, ölkələr idarəolunmaz vəziyyətə düşür, iqtisadi çətinliklər, sıxıntılar insanların haqlı etirazına səbəb olur. İnamla irəliləyən, nəhəng layihələr gerçəkləşdirən Türkiyə isə bölgədə söz sahibi, dünyada önəmli güc mərkəzidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi