2026/2027-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların "Şagird-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi və yekun attestasiyanın aparılması ilə əlaqədar yerinə yetiriləcək işlər üzrə "Təqvim planı" təsdiq edilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat evrilib.
Bildirilib ki, planı Məleykə Abbaszadə təsdiq edib.
Bununla əlaqədar regional təhsil idarələri, rayon (şəhər) təhsil şöbələri, rayon (şəhər) təhsil sektorları və ümumtəhsil müəssisələrindən xahiş olunur ki, cari tədris ilində şagirdlərin fərdi və təhsilə aid məlumatlarının təqvim planına uyğun olaraq "Şagird-məzun" sisteminə daxil edilməsini təmin etsinlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.