xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 
  • 10:48 – İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ 

Türk dünyasından Azərbaycana növbəti dəstək

Bugün, 09:17 2 dəfə baxılıb

Türk dünyasından Azərbaycana növbəti dəstək


Türkiyənin Kayseri şəhərində türk dünyası şair və yazıçılarının II Talaş toplantısında bəyanat qəbul olunub.
Həmin bəyanatı təqdim edirik:

"Biz, Türkiyənin Kayseri şəhərində toplaşmış türk dünyası şair və yazarları Azərbaycanda vahid məktəbli geyiminin tətbiq edilməsi ilə bağlı son vaxtlar Türkiyə və Azərbaycan qardaşlığına yaraşmayan bəzi fikir və bəyanatların yayılmasını qətiyyətlə pisləyir və bu əsassız qarayaxmaların dərhal dayandırılmasını tələb edirik.

Bilməliyik ki, yüz illərlə həsrətində olduğumuz türk dövlətlərinin birlik və qardaşlıqları, Türk Dövlətləri Təşkilatının (TDT) yaradılması, türk dövlətləri başçılarının tez-tez görüşmələri, türk dünyasının gələcəyi və inkişafı ilə bağlı mühüm qərar və lahiyələrin həyata keçirilməsi bizi sevindirdiyi kimi türk düşmənlərini də ciddi şəkildə rahatsız edir. TDT-nın yaranması və möhkəmlənməsində Türkiyə və Azərbaycan qardaşlığı mühüm rol oynayıb. Azərbaycanın orta məktəblərdə vahid məktəbli formasının tətbiqini bəhanə edərək, Azərbaycanın az qala İslam düşməni, dini azadlığı pozan bir ölkə kimi qələmə verilməsi reallığı əks etdirmir və iki qardaş dövlət arasında münasibətləri soyutmaqla yanaşı, hamımız üçün dəyərli olan TDT-nin yüksəlişinə də əngəl olmaq məqsədi daşıyır. Münaqişəni genişləndirməyə çalışan yad qüvvələrin gizli niyyəti də elə budur.

Biz, ölkələrimizin yaxınlaşmasını tarixin gətirdiyi böyük imkan və xoşbəxtlik sayan, bütün ömrü boyu bu yolda mübarizə aparan, bu birliyin məsuliyyətini anlayan türk dünyası şair və yazarları ümid edirik ki, iki qardaş dövlətin başçıları tezliklə bu məsələyə münasibət bildirəcəklər və sosial mediadakı zərərli yazılara son qoyulacaq.

Sadə xalqın və biz ziyalıların istəyi budur!

Ysşasın türk xalqları və dövlətlərinin birliyi və qardaşlığı!"






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi