xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 
  • 10:48 – İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ 

Mətbuat Şurasına dörd il ərzində nə qədər şikayət daxil olub?

Bugün, 11:01 2 dəfə baxılıb

Mətbuat Şurasına dörd il ərzində nə qədər şikayət daxil olub?


"Dörd il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub. Onların böyük bir qismi - 691-i katiblikdə həllini tapıb, tərəflər arasında anlaşılıb, razılığa gəlinib.
Bunu Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan jurnalistlərinin IX qurultayında hesabatda deyib.

O bildirib ki, digər 124 şikayət üzrə razılığa gəlinmədiyindən toplanmış materiallar baxılmaq üçün şuranın şikayətlər üzrə komissiyasına təqdim edilib:

"Şikayətlər üzrə komissiyada baxılan 124 məsələdən 86-sı komissiya səviyyəsində həllini tapıb. 38 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün idarə heyətinə təqdim edilib. Beləliklə, şuranın idarə heyəti qurultaylararası dövrdə ümumilikdə 38 qərar çıxarıb".

"Qərarlarda əsasən jurnalistlərin qarşı tərəfin mövqeyini işıqlandırılmasına etinasız yanaşmaları vurğulanıb, müvafiq tövsiyələr ünvanlanıb. Onu da bildirək ki, katiblik səviyyəsində həllini tapmış bir çox şikayətlərdən başqa şuraya şifahi müraciətlər də daxil olub. Onların sayı rəsmi qaydada göndərilmiş şikayətlərin sayından təxminən iki dəfə çoxdur. Əlbəttə, bir çox hallarda bu cür şikayətlərdə jurnalistlərdən narazılıq ifadə olunsa da, əslində mahiyyət mətbuat şurasının səlahiyyətlərindən uzaq olub. Bununla belə şifahi qaydada tərəflərə danışıqlar yolu ilə həll etdiyimiz məsələlər kifayət qədər çoxdur", - deyə o bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi