xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 

116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır

13-06-2026, 10:02 6 dəfə baxılıb

116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır


Bu gün Azərbaycanda 2025-2026-cı tədris ili başa çatır və bütün ümumi təhsil müəssisələrində "Son zəng" çalınacaq.

Ənənəvi tədbir hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunmalıdır.

Qeyd edək ki, bu il 116 550 məzun üçün "Son zəng" səslənəcək.

Onlardan 55 954 nəfəri qız, 60 596 nəfəri isə oğlan şagirddir.

Cari ildə işğaldan azad edilmiş ərazilərdə yerləşən ümumilikdə 25 ümumi təhsil müəssisəsində, o cümlədən 11 məktəbdə ilk dəfə "Son zəng" tədbiri keçiriləcək. Həmin məktəblərdə 171 məzun məktəblə vidalaşacaq.

Xatırladaq ki, 2015-ci ildən etibarən Azərbaycanın məktəblərində "Son zəng" mayın 31-də deyil, iyunun 14-də keçirilir. Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı tədris ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayır və iyunun 14-də başa çatır.

Bu il iyunun 14-ü bazar gününə təsadüf etdiyindən "Son zəng" tədbirinin keçirilmə vaxtı bir gün əvvələ çəkilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi