xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

BŞTİ fotosu yayılan direktorla bağlı məlumat yaydı

16-04-2026, 12:41 8 dəfə baxılıb

BŞTİ fotosu yayılan direktorla bağlı məlumat yaydı


Bakı Şəhər Təhsil İdarəsi bu gün mətbuatda fotosu yayılan direktorla bağlı təkzib yayıb.

Fotosu yayılan məktəb direktorunun həbs olunmadığı bildirilib:

"Sevinc Vaqif qızı Hüseynova 06.09.2018-ci il tarixdən 13.09.2023-cü il tarixədək 227 nömrəli tam orta ümumtəhsil məktəbinin, 14.09.2023-cü il tarixindən isə 278 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru kimi çalışır. Hazırda vəzifə səlahiyyətlərini icra edir.

Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələrində yanlış olaraq fotoşəkli və çalışdığı məktəb qeyd olunmaqla haqqında həbs xəbəri yayılan şəxs adı çəkilən məktəbin direktoru deyil".

Xatırladaq ki, beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Hüseynova Sevinc Əlisəfa qızının ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Bildirilib ki, Bakı şəhərinin Suraxanı Rayon Prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə məktəb direktoru vəzifəsində işləyən Hüseynova Sevinc Əlisəfa qızının qulluq mövqeyindən istifadə etməklə dələduzluq yolu ilə bir neçə şəxsin ümumilikdə 69 min manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu səbəbdən Sevinc Hüseynovanın qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla, təkrar törədilməklə dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sevinc Hüseynova Türkiyə ərazisində saxlanılıb.

Sevinc Hüseynovanın ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür.

Məlum olub ki, saxlanılan S.Hüseynova Bakı şəhəri 227 nömrəli tam orta məktəbin direktoru deyil. Saxlanılan şəxsin atasının adı Vaqif yox, Əlisəfadır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi