xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 
  • 12:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 
  • 12:11 – İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - Fotolar 
  • 10:39 – Dövlət başçısı: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür 

Sinif bağlandı, şagirdlər təhsildən kənarda qaldı

15-10-2025, 12:42 7 dəfə baxılıb

Sinif bağlandı, şagirdlər təhsildən kənarda qaldı


Yardımlı rayonunun Şıxlar kənd orta məktəbində bir sinfin fəaliyyətinə tələb olunan minimum şagird sayı təmin olunmadığı üçün 10-cu sinif bağlanıb.

Teleqraf xəbər verir ki, nəticədə 4 şagird - Rihad Əlif oğlu Kamilov, Mikayıl Nəsib oğlu Əsgərli, İsmayıl Möhübbət oğlu Rəfili və Rəqsanə Fərasim qızı Yaqubova təhsildən kənarda qalıb.

Qeyd edək ki, siniflərin açılması və ya bağlanması Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənir. Məsələni daha da çətinləşdirən əsas məqam isə valideynlərin xəbəri olmadan şagirdlərin adlarının Rayon Təhsil Sektoru tərəfindən Məktəbin Ümumi Təhsil İnformasiya Sistemi (UTİS) üzərindən çıxarılmasıdır.

Bu səbəbdən şagirdlərin başqa məktəblərə yerdəyişməsi texniki cəhətdən mümkünsüz vəziyyətə düşüb.

Təhsil ekspertlərinin sözlərinə görə, məktəbdə hər hansı sinif bağlanırsa, həmin şagirdlər dərhal yaxınlıqdakı məktəblərə yerləşdirilməlidir.

Şagirdin UTİS sistemindən çıxarılması isə yalnız aşağıdakı hallarda mümkündür:

- Şagirdin öz arzusu (və ya valideyninin arzusu) ilə - məktəbi dəyişmək və ya təhsili başqa formada davam etdirmək istədikdə;

- Təhsil səviyyəsini başa vurduqda: Məsələn, 11-ci sinfi bitirib attestat aldıqda;

- Tədris intizamının sistematik pozulması və ya məktəb qaydalarına davamlı surətdə əməl etməməsi hallarında - bu, yalnız çoxsaylı xəbərdarlıqlar,valideynlərlə söhbətlər,məktəb pedaqoji şurasının qərarı əsasında mümkündür;

- Qanunvericiliklə müəyyən edilmiş digər hallar - məsələn, məhkəmə qərarı ilə.

Göründüyü kimi bu halların heç biri baş vermədiyi təqdirdə rayon Təhsil Sktoru şagirdlərin adlarını UTİS sistemindən xəbərarlıqsız çıxarıb.

Kənd sakinlərinin sözlərinə görə, bu qərarın verilməsi zamanı yalnız məktəb direktoru ilə danışıqlar aparılıb. Valideynlər dəfələrlə Lənkəran-Astara Regional Təhsil İdarəsinə müraciət etsələr də, məsələ həll edilməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi