xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Xankəndi, Ağdərə və Xocalıda Bilik Günü qeyd olunub

15-09-2025, 11:31 1 dəfə baxılıb



15 Sentyabr - Bilik Günü münasibətilə Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə, Xocalı şəhər 1 nömrəli orta məktəbdə, Ballıca kənd orta məktəbində, eləcə də Ağdərə rayonunun Həsənriz, Vəngli, Suqovuşan və Talış kənd orta məktəblərində tədbir keçirilib.

Oxu.Az xəbər verir ki, tədbirdə Qarabağ bölgəsində təhsilin inkişafına göstərilən dövlət qayğısı yüksək qiymətləndirilib, müəllim və şagirdlərə yeni dərs ilində uğurlar arzulanıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, bu il Xankəndi şəhər 4 nömrəli orta məktəbin birinci sinfinə 98 şagird qəbul olunub. Ümumilikdə, məktəbdə 1 035 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 35 nəfərlik pedaqoji kollektiv məşğul olur.

Xocalı şəhər 1 nömrəli orta məktəbdə bu il birinci sinfə 14 şagird qədəm qoyub. Ümumilikdə, məktəbdə 116 şagird təhsil alır.

Xocalının Ballıca kənd orta məktəbində isə bu il yeddi şagird birinci sinfə qəbul olunub. Məktəbdə, ümumilikdə, 168 şagird təhsil alır.

Ağdərə rayonunun kənd məktəblərində də yeni dərs ili sevinclə qarşılanıb. Həsənriz kənd orta məktəbində üç, Vəngli kənd məktəbində iki, Suqovuşan kənd orta məktəbində səkkiz, Talış kənd orta məktəbində isə dörd şagird birinci sinfə qəbul olunub. Hazırda Həsənriz kənd orta məktəbində 54, Vəngli kənd məktəbində 41, Suqovuşan kənd orta məktəbində 90, Talış kənd orta məktəbində isə 36 şagird təhsil alır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi