xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Uşağı bağçadan qovduğu deyilən müdir işdən çıxarıldı

3-09-2025, 13:19 8 dəfə baxılıb

Uşağı bağçadan qovduğu deyilən müdir işdən çıxarıldı


Bir müddət əvvəl Abşeron rayonu Pirəkəşkül kənd 21 nömrəli uşaq bağçasının şəraitsiz olması, ayrılan ərzaqların mənimsənilməsi ilə bağlı məlumatlar yayılıb. Övladı həmin bağçaya gedən valideyn 5 yaşlı qızının bağça müdiri Xədicə Vəliyeva tərəfindən səhər yeməyi vaxtı qovulduğunu deyib.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, daxil olan vətəndaş müraciəti əsasında Abşeron rayonu Pirəkəşkül kənd 21 nömrəli uşaq bağçasında araşdırma aparılıb.

“Araşdırma nəticəsində vəzifə funksiyalarının icrası zamanı yol verdiyi nöqsanlara görə təhsil müəsissəsinin müdiri Xədicə Vəliyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Təhsil müəssisələrində uşaqların düzgün qidalanması, sağlam və təhlükəsiz mühitdə təhsil alması, həmçinin vətəndaşların təhsil müəssisəsinə etimadının artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Bu istiqamətlərdə hər bir müraciət diqqətlə araşdırılır və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür”, - məlumatda billdirilib.

Qeyd edək ki, yayılan şikayətdə həmçinin bildirilirdi ki, uşaqlar səhər yeməyi adı ilə sadəcə çörək yeyir və çay içirlər. 15 gündən bir 10 kiloqram ət gətirilir, amma ondan uşaqlara bir kilo belə çatmır. Toyuğun piylərini, dərisini çəkib kotlet adı ilə uşaqlara yedizdirirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi