14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı
14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı
14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO
12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin
Onu görmək üçün avtomobilin qarşısını kəsdilər - Video
6-08-2026, 10:27
4 dəfə baxılıb
Artıq bir neçə gündür film çəklişlərinə görə Bakıda olan Hollivudun məşhur aktyoru Ceki Çan ötən gün şəhəri gəzib.
“aia.az” xəbər verir ki, xüsusi mühafizənin müşayiətində avtomobillə İçərişəhərdə gəzən aktyor pərəstişkarlarını salamlayıb.
Ceki Çanı yaxından görmək istəyən, əsasən gənclər və uşaqlardan ibarət olan pərəstişkarları avtomobilin qarşısını kəsərək onu yaxından görməyə çalışıb və xatirə fotoları çəkiblər.
Xatırladaq ki, Ceki Çan avqustun 4-də “Armour of God IV: Ultimatum” (“Tanrının zirehi: Ultimatum”) adlı filmin 4-cü hissəsinin çəkilişlərinə görə Azərbaycana gəlib.
Aktyor premyerası 2027-ci ilə planlaşdırılan filmdə məşhur “Asian hawk” (“Asiya qartalı”) obrazını canlandıracaq. Kadrlarda İçərişəhər, Dağüstü park, Bakı funikulyoru, Yaşıl teatr və Fəvvarələr meydanı görünəcək.Qafqazinfo
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: