xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Nazilənin Tolikə susması, Fatiməyə üç ər iddiası, Tacirlə İlahənin "it hürər, karvan keçər" söhbəti, Zaurla Günelin arası... — ŞOUMIZ - YENİ RUBRİKA

3-02-2020, 14:28 139 dəfə baxılıb

Nazilənin Tolikə susması, Fatiməyə üç ər iddiası, Tacirlə İlahənin "it hürər, karvan keçər" söhbəti, Zaurla Günelin arası... — ŞOUMIZ - YENİ RUBRİKA


"Ölkə.Az" bu həftədən etibarən yeni rubrikaya start verir. "Şoumız" adlanan bu rubrikada həftə ərzində şou biznes aləmində baş verən əsas hadisələrdən Vüsalə Balayevanın təqdimatında xəbərdar olacaqsınız.

Elə həftə yeni başlamışdı ki, prodüser-aparıcı Toliklə şairə-aparıcı Nazilə Səfərli arasında baş verən qalmaqal günə damğa vurdu. Deməli, Tolik şairənin ad gününü özünəməxsus təbrik edib. O, N.Səfərlinin estetik əməliyyatlardan əvvəl çəkilən fotosunu öz “İnstagram” səhifəsində paylaşaraq, bu sözləri qeyd edib.

Nazilənin Tolikə susması, Fatiməyə üç ər iddiası, Tacirlə İlahənin "it hürər, karvan keçər" söhbəti, Zaurla Günelin arası... — ŞOUMIZ - YENİ RUBRİKA


“Dedim ad gününü təbrik edim, çünki sən həyatda ən gözəlinə Allah tərəfindən deyil, həkimlər tərəfindən layiq olmusan! Eltondan da ayrı düşmə, hər zaman yanında ol! Bəlkə arzuların çin olar! Özü də ay yazıq qadın, Elton səni seçsəydi, dünən verilişində olardı. Yalandan deməzdin ki, guya Eltona təcili tibbi yardım gəlib”- deyə qeyd edib. Prodüser şairəni uzun müddət çalışdığı müğənni Elton Hüseynəliyevlə iş birliyinə son qoymaqda günahlandırıb.

Nazilə Səfərli isə öz növbəsində Tolikin tənqidlərinə yüngül cavab verməyə üstünlük verib. O, açıqlamasında “Mənim çox xoşuma gəldi. Hamı eyni təbrik etsə, maraqlı olmaz axı. Mən “blatnoy qızam”. “Blatnoy qızları”da belə ekstrim təbrik edərlər” - deyərək qalmaqala son qoyub. Bu yerdə bizə də şairənin səbrinə, təmkininə əhsən demək qalır.

Lakin bu həftə Nazilə Səfərli başqa qalmaqalla da yadda qalıb. Belə ki, o, əvvəl rəqqasə Fatimə Fətəliyevaya, daha sonra isə müğənni Könül Kərimovaya "söz atıb".

“Adama gülməli gəlir, qadın bacarıb bir dəfə ərdə otura bilməyib, ikinci dəfə ərə gedib, onda da alınmayıb, üçüncü dəfə ərə gedib. İndi gəlib gəlinlərə deyir ki, illərdir gəlinlərimizə,qızlarımıza xeyir-dua verirəm. Ay bala, sənin özünə vaxtında dua verilməyib, sən kimə dua verirsən?”- deyə xanım aparıcı bildirib.

Xınayaxdı mərasimlərinin təşkili işində rəqib olan bu iki xanımın arasından uzun müddət əvvəl qara pişik keçib.

Nazilənin Tolikə susması, Fatiməyə üç ər iddiası, Tacirlə İlahənin "it hürər, karvan keçər" söhbəti, Zaurla Günelin arası... — ŞOUMIZ - YENİ RUBRİKA


Fatimə isə öz növbəsində “Azərbaycan dili” fənnindən Səfərliyə dərs keçib: "Heç bir leksik mənası olmayan insanlar özlərini əsas nitq hissəsi kimi aparır. Daha demirlər ki, işimin arxasınca düşüb cümlə üzvü olmaqla deyil, onsuz da hamı sənin qoşma olduğunu bilir”.

Ancaq bilmirəm Fatimə bunu özü yazıb, yoxsa kimsə kömək edib. Keçək N.Səfərlinin müğənni Könül Kərimovaya dediyi sözlərə. Şairə iddia edir ki, ifaçı onun sözlərinə yazılan mahnını ifa etdikdən sonra, villa alıb. “Mənim "Qardaş bu ceyranı hardan almısan" mahnımla Könül Kərimova özünə villa aldı, aşıq Samirə maşınını dəyişdi”- deyə aparıcısı olduğu verilişdə deyib.

Nazilənin Tolikə susması, Fatiməyə üç ər iddiası, Tacirlə İlahənin "it hürər, karvan keçər" söhbəti, Zaurla Günelin arası... — ŞOUMIZ - YENİ RUBRİKA


Könül Kərimova isə villada 15 ildi yaşadığını bildirib. “Mən düşünürəm ki, Nazilə zarafat edib. Bu doğru ola bilməz. Çünki mən bu villada 15 ildir yaşayıram, amma Nazilənin mahnısını 2 ildir oxuyuram. Məgər mahnıya görə villa alırlar?”- ifaçı bu sözlərlə şairəyə cavab verib. Nə deyək, Allah mehriban etsin!

Keçək həftənin maqazin gündəmini güclü zəlzələ kimi silkələyən müğənnilər İlahə Fəda və Tacir Şahmalıoğlu arasında baş verən qalmaqala. Tacir Şahmalıoğlu efirdə İlahə Fədanın onun sosial şəbəkədə oğlunu çimizdirərkən hamamdan yayımladığı videosunu tənqid etməsindən danışarkən əsəbləşib.



“ Bu qadın xalq üçün nə edib ki, efirə çıxıb kimlərinsə tərbiyəsindən, əqidəsindən danışır. Ona bu ixtiyarı kim verib. Rövşanə xanımın verilişində çıxıb ağzına gələni danışıb. Elə bir qəbahət iş görməmişəm. Oğlumdur, 48 dərəcə istidə maykayla girib uşağı çimizdirmişəm. Burda nə var ki? Mən 10 milyon xalqın qarşısında özümü subut emişəm. Amma sən kimsən bilinmir və sənin kimliyini də sübut edə bilərəm. Amma çox heyif ki, ortada Fədayə xanım var”- deyə canlı efirdə İlahəni ağ yuyub, qara sərib.

Müğənni isə tənbəllik etməyib, canlı efirə qoşularaq Tacirə cavab verib - “Mən çox qısa cavab verəcəm. İt hürər, karvan keçər. Bu qədər”. Bu sözlərdən sonra Şahmalıoğlu daha da hiddətlənib. O, İ.Fədanı hədələməkdən də çəkinməyib. “Mən kişiyəm, yeri gəlsə onun başına oyun açaram. Amma ortada Fədayə və anası var. Mənim kişiliyimə yaraşmaz”.

Burada artıq bizə söz düşməz. Hər şey göz önündədir.

İlahə Fəda isə açıqlamasında sözünün üzərində qaldığını deyib. “Mən ümumiyyətlə Taciri adam yerinə qoymuram ki, onun dediyi hər hansı bir sözə fikir bildirim. Mən səhər canlı yayımda da dedim, konkret fikrimi bildirdim - “İt hürər, karvan keçər”. Bundan başqa o, bacısı Fədayə Laçının Tacirlə birgə toylarda iştirak etməsinə də münasibət bildirib. “Onları məclisə bir yerdə dəvət edirlər. Axı, o, kimdir ki, Fədayə ona görə, qazancından imtina etsin? Sadəcə, mən deyə bilərəm ki, o insanın bacımın həyatında mənfi rolu olduğuna görə, mənim o insanla ürəyim barışmır və mən də bunu açıq şəkildə hər yerdə deyirəm”. Bununla da Fədayə xanım T. Şahmalıoğlu ilə bağlı fikirlərinə son qoyub. Nə deyək, burda heyfsilənməyə dəyər. Çünki Tacir Şahmalıoğlu həqiqətən də bu sənətə öz səsi, istedadı ilə gəlib. Böyük kütlə tərəfindən sevilib. Ancaq hazırda ifaçının sənətdə qalmaqalla qalmağa üstünlük verməsi diqqətdən yayınmır.

Nazilənin Tolikə susması, Fatiməyə üç ər iddiası, Tacirlə İlahənin "it hürər, karvan keçər" söhbəti, Zaurla Günelin arası... — ŞOUMIZ - YENİ RUBRİKA


Həftənin son qalmaqalı isə “pişik” ləqəbli Günel Ələkbərova və aparıcı Zaur Kamal arasında baş verib. Aralarında deyəndə ki, səhv başa düşməyin, sadəcə müğənni aparıcını sərt şəkildə tənqid edib. Zaur isə Günelə heç bir reaksiya verməyib. O, aparıcını qonaqlarını təhqir etməkdə günahlandırıb.

“Zaur müğənnini çağırır, canlı efirdə onu alçaldır. Sən aparıcısan, verilişini aparmalısan. İnsan ilk növbədə özünü doğru, düzgün aparmalıdır ki, sonra da proqram aparsın. Çünki veriliş aparmaq bir məsuliyyətdir”. Deyir bu şousuz biznes var ha, (daha doğrusu toy-biznes) o çox qəliz məsələdir. Ən yaxşısı başımızı salaq aşağı sakitcə işimizi görək. Yoxsa bu baş bizi çox uzaqlara aparar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi