xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

"Hər çantadaşıyan konsert etsə, nə oldu?" — Tolik Şəbnəmə söz atdı

28-10-2019, 11:11 67 dəfə baxılıb

"Hər çantadaşıyan konsert etsə, nə oldu?" — Tolik Şəbnəmə söz atdı

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkədəki paylaşımı ilə müzakirələrə səbəb olub.
Axşam.az xəbər verir ki, o, Türkiyədə konsert verən sənətçilərə söz atıb. Tolik Əməkdar artist Xumar Qədimovanın İstanbulda verdiyi konsertin görüntülərini paylaşaraq bunları yazıb:

"Allah Nahidə (təşkilatçı Nahid Emiloğlu - red.) rəhmət eləsin. Hər çantadaşıyan konsert etsə, nə oldu? Xumar Qədimovadan başqa hələ heç kim İstanbulda konsert verməyib. Açıq havada pulsuz bələdiyyə konsertlərini və gecə klublarını nəzərdə tutmuram.

Konsert dediyin budur: istər piar, istər tamaşaçı, istərsə də təşkilatçılıq. Yalandan bəh-bəh deməklə deyil. Kimin acığına gəlir gəlsin, səhifəmin qapısı açıqdır, yaza bilər. İnsan özünü aldatmaz. Bəziləri kimi yaltaqlana bilmərəm".
İzləyiciləri Tolikin bu sözləri ötən gün İstanbulda konsert verən müğənni Şəbnəm Tovuzluya atdığını vurğulayıblar. Tolik isə onlara "Verilişimə gəlib deyə nə etməliyəm? İstər Şəbnəm, istərsə də Damla olsun, fikrimi deyirəm. Verilişimə gələni həm pisləyirəm, həm tərifləyirəm. Heç kimdən asılacağım yoxdur" cavabını verib.

Qeyd edək ki, müğənni Şəbnəm Tovuzlu ötən gün İstanbulda solo konsert verib.

"Hər çantadaşıyan konsert etsə, nə oldu?" — Tolik Şəbnəmə söz atdı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi