xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 
  • 10:39 – Dövlət başçısı: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür 
  • 10:26 – Azərbaycan Prezidenti: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var 
  • 10:22 – Dövlət başçısı: "Bu gün 2 mühüm sənəd imzalanacaq" 

“Burada da xalqımıza xəyanət edənlərin izi tapılacaq” – Nuradan SENSASİON AÇIQLAMA

31-10-2025, 16:00 12 dəfə baxılıb



"Verilişlərin reytinqini təyin edən Marsa adlı şirkət haqqında bir müddətdir araşdırma aparıram, amma təəssüf ki, heç bir dəqiq və açıq məlumat tapmaq mümkün deyil".

Bunu tanınmış müğənni Nura Suri bildirib.

O qeyd edib ki, hamı efirdə yayımlanan səviyyəsiz, mənasız verilişlərdən şikayətlənir, amma bu verilişlərin “reytinq”ini kim və necə ölçür – heç kim bilmir.

"Heç kim bilmir ki, bu cihazlar hansı evlərdə quraşdırılıb, nəticələr necə toplanır və hansı meyarlarla “populyarlıq” müəyyən olunur.

Bütün telekanallar bu cədvəl əsasında sponsorlardan və reklamdan pul qazanır.

Nəticədə, səviyyəsiz “reytinqli qonaq” çağırılır, zövq oxşayan və yaxud maarifləndirici verilişlər isə guya ki, reytinq toplamır".

Müğənni vurğulayıb ki, bu, çox ciddi məsələdir:

"Əminəm ki, bu sistem tam şəffaf şəkildə araşdırılsa, burada da dövlətimizə və xalqımıza xəyanət edənlərin izi tapılacaq".

N.Suri bildirib ki, apardığı araşdırma nəticəsində aşağıdakı məlumatları əldə edib:

"Marsa MMC (tam adı Media Audience Research System of Azerbaijan) Azərbaycanda televiziya auditoriyasının ölçülməsi ilə məşğul olan yeganə şirkətdir.

Şirkət Böyük Britaniyanın “Kantar Media” adlı beynəlxalq media araşdırma qurumu ilə əməkdaşlıq etdiyini bildirir.

Rəsmi saytında texniki tərəfdaşlıqdan bəhs olunur, amma şirkətin kimə məxsus olduğu, təsisçiləri və payçıları barədə heç bir açıq məlumat yoxdur.

Reytinq ölçmələrinin necə və hansı evlərdə aparıldığı, cihazların (PeopleMeter) hansı prinsiplərlə seçildiyi barədə də ictimaiyyətə məlumat verilmir.

“Marsa”nın icraçı direktoru İradə Sultanova kimi göstərilir, lakin şirkətin strukturuna və nəzarət orqanlarına dair məlumatlar nə mətbuatda, nə də dövlət reyestrlərində geniş təqdim olunmayıb"./Yeni Sabah






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi